Page 179 - Tarey Vesos_Макет 1
P. 179

Quşlar
          işә girişdi vә o dәqiqә bir neçә yemlik şalğam kolunu dartıb
          çıxardı. Amma hәr halda, yaxşı oldu ki, bu qüssәli tarlanın bu
          tәrәfi yenidәn adamlarla canlandı. Sevgililәr şirin-şirin söhbәtlәşir,
          amma әvvәlki kimi şәn görünmürdülәr, elәcә söhbәtlәşirdilәr.
          Amma sahib qәti yorulmamışdı. Bu boyda tarlası olan adam da
          heç yorularmı, işdәn soyuyarmı? Sahib bir dәfә dә başını
          qaldırmırdı.
             Onlar qәribә bir sәs eşidib diksindilәr. Mattisin sәsiydi:
             – Heç olmasa, bir dәqiqә nәfәsinizi dәrin! – yalvarırdı. Bu
          inilti onun içindәn özündәn xәbәrsiz çıxmışdı.
             Sahib dәrhal qәddini dikәldib çirkli әliylә alnının tәrini sildi.
             – Nә olub, Mattis?
             Mattisin görkәmindәn yazıqlıq yağırdı. Tarlanın axırına gedib
          çata bilmәsә dә, heyi qalmamışdı. Dodağının yuxarı tәrәfindә
          tozdan sanki bığ әmәlә gәlmişdi. Yәqin, bu cür bığ hamısında
          var, amma o birilәrinki hesabdan deyildi. Mattis utana-utana
          sahibә yaxınlaşdı:
             – Görürsәnmi nә qәdәr geridә qalmışam?
             Sahib hәvәssiz-hәvәssiz:
             – Nә olsun? – dedi.
             – Sәn belә olacağını bilirdin?
             Sahib әlini yellәdi – yәni boş şeydi…
             Mattis ciddi şәkildә:
             – Amma bu, mәnim xoşuma gәlmir, – dedi, – burada nәsә bir
          anlaşılmazlıq var.
             Sahib torpağa әyilib:
             – Başa düşürәm, – dedi.
             Mattis elә hey soruşmaq istәyirdi: yәqin, sәn işi qoyub
          getmәyimi istәyirsәn. Amma özünü saxlayırdı. Sahib dilxor halda
          burnunun altında nәsә mızıldandı. Sevgililәr yaranan fasilәdәn
          istifadә edib bir-birlәrini dümsüklәdilәr.
             Nәhayәt, sahib Mattisdәn birbaşa soruşdu:
             – İstәyirsәn, sәnin lәklәrini dә götürәk?
             Gözünü boz tor örtdü. Bu, ona keçmiş, uçuşa qәdәr olan
          hәyatından yaxşı tanış idi.

                                    179
   174   175   176   177   178   179   180   181   182   183   184