Page 182 - Tarey Vesos_Макет 1
P. 182

Tarey Vesos
            Әvvәlcә özünü toparladı, sonra dözә bilmәyib dillәndi – çeşmәdә
            әllәrini yuyanda qeyri-ixtiyari:
                – Niyә ağlınızda olanı dilinizә gәtirmirsiz, – dedi.
                Oğlan tәәccüblә:
                – Ağlımızda olan nәdi ki? – soruşdu. Bu, onun gün әrzindә
            Mattisә ünvanlanan ilk sözlәri idi.
                Mattis xәcalәtdәn az qaldı yerә girsin. Odur ki, özünә bir az
            da әzab vermәliydi:
                – Ağlınızda nә olduğunu bilirәm, – dedi.
                Sahib:
                – Boşla görәk, – dillәndi, – evә gedirik. Qarnımızı doyduraq,
            bir az dincәlәk…
                Onlar talanın yaxınlığında axan şәffaf çeşmәdә әllәrini yudular.
            Mattislә qız yanaşıydılar. Әllәrinin his-pasından bulanmış suda
            Mattisin әllәri qeyri-ixtiyari qızın әllәrinә toxunanda bәdәnindәn
            bir gizilti keçdi. Amma budu, çeşmә yenidәn öz-özünә tәmizlәnib
            şәffaflaşdı vә dupduru suda görünәn, çirkli әllәri indi tәrtәmiz
            idi. Daha qıza toxunmağa cürәt etmәdi.
                Qız ona baxdı. Mattisin artıq düşünmәyә vaxtı yox idi, elә
            bil nәsә onu çәkib apardı:
                – Bu, lap elektrik naqilinә toxunmaq kimi bir şeymiş, – dedi.
                Sonra ona elә gәldi ki, bir elә dә axmaq şeylәr deyil, amma
            qız artıq laqeyd tәrzdә dönüb getmişdi. Bәlkә, bu, qıza gülmәli
            gәlib? Onun sevgilisi dә yaxınlıqda yuyunurdu, sonra qızın belini
            qucaqladı vә belәcә, qol-boyun olub düz evә, nahar süfrәsinә yol
            aldılar. Hәr şey yerindә düz oturubsa, belә dә olmalıdı.
                – Günaydın, Mattis.
                Bunu deyәn evin sahibәsi idi. Qadın onu gülәr üzlә qarşıladı.
            Onun hazırladığı nahar dadlı alınmışdı – Mattis doyunca yedi.
            Öz-özlüyündә düşündü ki, gördüyü işin müqabilindә, heç olmasa,
            qarnını doydursun. Yemәkdәn elә ağırlaşmışdı ki, dincәlib özünә
            gәlmәk üçün otun üstünә uzandı. Sevgililәrin hara getdiklәrini
            görmәdi. Yatıb qaldı.




                                       182
   177   178   179   180   181   182   183   184   185   186   187