Page 186 - Tarey Vesos_Макет 1
P. 186
Tarey Vesos
Mattis indi onların yanında olmaq, onlarla birlikdә çeşmәdә әlini
yumaq istәyirdi.
Nәhayәt, gәlib çıxdılar. Qapı taybatay açıq idi. Hәyәtdә bir
az lәngidilәr. Çox güclü eşitmә qabiliyyәti olan Mattis gәrginlik
içindә onlardan birinin “sәrsәm” sözünü işlәdib-işlәtmәyәcәyini
gözlәyirdi. Belә dә oldu. Bu söz oğlanın ağzından çıxdı. Amma
Mattis mәnasını tuta bilmәdi. Budur, hamı mәtbәxdәdi. Mattis
stulda qurcalana-qurcalana qalıb. Xәcalәtdәn tәr tökә-tökә birtәhәr
üzünü sahibә tutub dedi:
– Düzdü, yanınıza gәlib öz lәkimi axıracan işlәmәliydim,
amma bilirsiz, burada mәni qәhvә içmәyә dәvәt etdilәr.
Sahib azca başını tәrpәtdi. Yorulmuşdu, beli ağrıyırdı, ona
görә dә sәhәrki kimi mәrhәmәtli deyildi.
– Sәndәn qalan quyruğu çoxdan işlәmişik, – dedi. – Onu belә
saxlamaq olmazdı.
Oğlanla qız Mattisin yanından elә ötüb-keçdi ki, sanki o,
burada yox idi. Nәsә sıxıntılı görünürdülәr.
Hәr halda, sahib söhbәtin sәmtini dәyişmәyi lazım bilib:
– Hә, Mattis, gәl yemәk yeyәk.
Mattis:
– Yemәyin ziyanı yoxdu, – dedi vә bu fikirdәn nәsә sәksәnәn
kimi oldu.
Mattisi süfrә arxasında bu vәziyyәtdәn yenә dә sevgililәr
çıxardı. O, bu cür cavanlardan özünә qarşı, olsa-olsa, çәp baxışlar
vә atmacalar görmüşdü, amma onlar tәmkinlә vә xoş nәzәrlәrlә
baxırdılar. Görünür, sahibә hәyәtdә özlәrini necә aparmalı olduqları
barәdә onları xәbәrdar etmişdi. Mattis belә şeylәrlә artıq
rastlaşmışdı, öyrәncәliydi. Bütün pis fikirlәri özündәn qovub,
ürәyindә: “neynәk”, – dedi.
Heyif ki, cavanlar da yorulmuşdular vә sәhәrki kimi bir-
birlәrini sevmәyә heylәri yox idi. Heyif ki, belә alındı. Üzbәüz
oturub yediklәri vaxt Mattis qızla bu haqda danışmaq istәdi.
Gözlәrini ondan çәkmirdi. Qızın toz-torpaqdan yuyunub tәmizlәnәn
әllәri kirimişcә stolun üstündә uzanıb qalmışdı. Bir qәdәr ürәklәnib
qızdan:
– Yoruldun? – soruşdu.
186