Page 184 - Tarey Vesos_Макет 1
P. 184

Tarey Vesos
                Mattis dәrhal cavab verdi:
                – Qәhvә daha yaxşı olar, nәsә çox lәzzәtliydi.
                Sahibә:
                – Mәncә, düz seçim etdin, – dedi.
                Mattis haqqı danmamaq üçün:
                – Düzü, iki sevgiliyә baxmaq da xoşdu, – әlavә etdi.
                – Әlbәttә, amma qoy onlar öz işlәrindә olsunlar, bizsә
            qәhvәmizi içәk.
                – Qabaqcadan tәşәkkür edirәm, әgәr mümkünsә.
                Onun ardınca mәtbәxә tәrәf gedәndә Mattis düşündü ki, әsl
            qadın bax belә olmalıdı.
                Qәhvә lәzzәtliydi. Sahibә Mattisdәn bacısının özü, işi-gücü
            barәdә soruşdu.
                – Hә, bilirsәn, elә bütün günü nәsә toxuyur.
                Susdular. Yük olduğu bacısı barәdә düşünәndә ürәyi ağrıyırdı.
                Bu qadını aldatmaq olmazdı:
                – Bilirsiniz, mәn nә qәdәr yeyirәm, – dillәndi, – onun
            qazandıqlarının hamısını.
                Sahibә bu sözlәrini cavabsız qoyub, ona elә hey qәhvә
            süzürdü.
                Mattis:
                – İndi dә görürәm, saçları ağarıb, – dedi.
                Sahibә susurdu.
                Mattis:
                – Mәnimlә çәtindi, – әlavә elәdi.
                Bu zaman sahibә qalxıb onun sözünü kәsdi:
                – Belә şeylәri dilә gәtirmәzlәr, Mattis.
                Dilә gәtirmәzlәr? Amma o özü Xeqe barәdә danışmağa çox
            hәvәsliydi. Heç dә hәmişә әlinә belә imkan – qәhvә içә-içә onu
            ağrıdan mәsәlәlәr haqqında hansısa bir qadınla söhbәt etmәk
            imkanı düşmürdü.
                – Yaxşı, danışmaram, – dedi.
                Sәsi titrәyirdi.
                Bu zaman sahibәnin qonşu otaqda işi çıxdı vә o, tәk qaldı.
            Qadın qayıdıb gәlәndә Mattis qәliz vә heç dә xoş olmayan

                                       184
   179   180   181   182   183   184   185   186   187   188   189