Page 188 - Tarey Vesos_Макет 1
P. 188

Tarey Vesos
                – Hm, – Mattis mızıldandı.
                Sahib:
                – Nәdi, düz olmadı? – soruşdu.
                – Yox, hәr şey qaydasındadı. Düzgün hesablaşdıq.
                “Düzgün hesablaşdıq”. Ürәyindә bu sözü yenidәn mızıldandı.
            Bu gözәl sözü bir daha tәkrar etmәk ona xoş idi. Kişilәr axı öz
            aralarında belә danışırlar.
                Qapının yanında dayanıb:
                – Bax belә, – dedi.
                Sahiblә sahibә çaşqın nәzәrlәrlә onun ardınca baxdılar.



                                        12


                Evin artırmasında oturan Xeqe toxumaqla mәşğul idi. Elә
            әylәşmişdi ki, evdәn yolacan uzanan cığırı görә bilsin. Mattis
            bacısını meşәlikdәn çıxan kimi gördü vә o qız gözünә balaca boz
            yumaq kimi göründü.
                Xeqe buradan lap xırda görünürdü. Tamam büzüşmüşdü. Elә
            bil heç yox idi.
                Bacısının başı necә dә maraqlı yaradılıb – qәflәtәn düşündü.
            Xeqe çox ağıllıdı! Buna görә dә ona böyük hörmәti var. Düzdü,
            bu qızın hәrdәn onu dәlilik hәddinә çatdırmağı da var.
                Kaş bacısı ondan kiçik olaydı. Onda Xeqenin balacalığını da
            görmüş olar, qaşıqla yedirәndә dodaqlarının qırağından sıyığın
            necә axdığına tamaşa elәyәrdi. Hәr şey – elә bu da istәdiyi kimi
            deyildi.
                Ağacların kölgәlәri uzanmışdı. Qaş qaraldıqca hava ayazıyırdı.
            Bu sәrinlik bu günün әziyyәtini vә istisini çiynindә daşıyanlar
            üçün ikiqat xoş idi.
                Yaxınlaşanda Xeqe qalxıb onu salamladı:
                – Ümid elәyirәm, ac deyilsәn, – dedi.
                Mattis, nәhayәt, bu gün nәsә әsaslı bir iş gördüyünün vә bu
            barәdә danışmağa sözünün olduğunun sevincindәn çoxmәnalı
            baxışlarla:

                                       188
   183   184   185   186   187   188   189   190   191   192   193