Page 192 - Tarey Vesos_Макет 1
P. 192
Tarey Vesos
Qayıqla üzüb balıq tutmaq istәsә dә, hәmişәki kimi, qarmağına
heç nә keçmәmişdi. Xeqenin istәdiyi yalnız bir şey idi – onun
sahildә oturub bu zәhrimar daşları elә bir ucdan suya atmağını
görmәmәk. Qardaşını iş dalınca da daha çox onu bürüyәn ümid -
sizliyә görә göndәrirdi.
Xeqenin sәsindәki bu qәtiyyәt mәsәlәni hәll etdi.
Mattis yalvardı:
– Bircә yemlik şalğam olmasın!
Xeqe:
– Nә iş görәcәyinin mәnә dәxli yoxdu, – dedi, – tәki evә pul
gәtir. Nәylә mәşğul olursan, ol.
Mattis:
– Hәr şey fikirlәrdәn asılıdı. Mәnә mane olan onlardı. – Bir
qәdәr cürәtlәnib: – Sәn dә onlar kimi inadkarsan, – әlavә etdi.
Xeqe:
– Görәrsәn, hәr şey yaxşı olacaq, – dedi. – Buralarda pul
qazanmaq üçün, nә qәdәr desәn, xırda-para iş tapılar.
Bacısı onu evdәn bayıra çıxarmaqdan ötrü dәridәn-qabıqdan
çıxırdı. Xeqe әvvәlkindәn inadkar olmuşdu, onunla yollaşmaq
sadәcә mümkün deyildi. Ürәyindә bacısını ittiham elәyirdi.
Hara üz tutsun? Mattis ona tapşırıldığı kimi, evdәn iş dalınca
çıxmışdı. Sonuncu dәfә işlәdiyi evlә biryolluq üzülüşmüşdü.
Üstәlik, yәqin, hәlә dә yemlik şalğam lәklәrindә әllәşirlәr.
Mattis hәmin ev tәrәfә baxdı.
Elәdi ki var, tarlada üç nәfәr gözә dәyir. İndicә gәliblәr.
Nәhәng tarla sonacan işlәnmәmişdi. Onların yanından ötüb-
keçmәk ona lәzzәt verirdi. Mattis bu adamları yaxşı tanıyırdı,
bütün günü onlarla çiyin-çiyinә işlәyib çox şeylәrin şahidi
olmuşdu. İndi, sәhәrin bu vәdәsindә sevgililәr hәlә gümrah vә
şәn idilәr.
Onun yolla getdiyini görürlәrmi?
Yox.
Mәnә әl edin! Ürәyindә arzuladı. Bu, yaddaşında qızılı rәngli
xal kimi qalardı. Qoy qız әl elәsin – kişilәrin әl elәmәyini
istәmirdi, onda nәsә sıxılırdı. Qız – başqa mәsәlә. Amma o qız
192