Page 191 - Tarey Vesos_Макет 1
P. 191
Quşlar
Gözlәrini bәrәldib bacısına baxdı:
– Elә bilirdim, bunu tәk mәn bilirәm, – dedi vә bacısının
çiynini tumarladı.
Xeqe ondan qürurlu imiş. Bu qürur Mattisә qәflәtәn bәyan
olmuşdu.
Xeqe bacı-qardaşa baş töhmәti olan ağaclar barәdә:
– Onların bizә nә aidiyyәti? – dedi. – Bu ağacların bizә heç
bir dәxli yoxdu. Axmaq uşaqların ağlına, nә desәn, gәlәr. Bu,
uşaq sәfehliyindәn başqa bir şey deyil.
Elә bil bacısı gözü qarşısındaca boy atdı. Mattis dә boy atdı,
çünki onunla yanaşı dayanmışdı, onun qardaşıydı, hәm dә bu
quru ağaclardan birinә onun adını vermişdilәr vә bu, heç vecinә
dә deyildi.
Amma nәsә bir tәrәfdәn dә bacısıyla razı deyildi. Sözdü dә
deyir. Amma onu dinlәmәk xoş idi, varlığı Mattisә güc verirdi.
Xeqe gözünü qardaşından çәkmәdәn qәtiyyәtlә dedi:
– Gәl bu ağacları yaddan çıxaraq getsin. Qoy özlәri üçün
hәmişә burada dayanıb-dursunlar. Bizә nә?
Mattis bacısıyla razılaşıb:
– Hә, qoy belә olsun, – dedi vә susdu.
13
İki gündәn sonra Xeqe dedi:
– Mәncә, sәn yenә getmәlisәn.
Söz, tәxminәn, әmr kimi sәslәndi.
– Hara, işlәmәyә?
– Әn azı, vәziyyәti bilmәk üçün. Axı keçәn dәfә sәndә hәr
şey yaxşı alındı.
Mattis, deyәsәn, tabe olmaq fikrindә deyildi:
– Axı az qalıb, hәr şey dәyişәcәk, – dedi.
Xeqe kәskin tәrzdә dedi:
– Dәyişikliyi gözlәdiyin müddәtdә işlәmәlisәn.
Sübhçağı idi, qızmar bir gün olacağı gözlәnilirdi. Mattis iki
gün sahildә oturub suya daş ata-ata düşüncәlәrә qapılmışdı.
191