Page 196 - Tarey Vesos_Макет 1
P. 196

Tarey Vesos
            Günәş hәlә gizlәnmәmişdi, tufanqabağı vaxtlarda olduğu kimi,
            yenә göydәn yerә od yağdırırdı.
                Mattisin arxasından hirsli siqnal sәsi gәldi vә o, kim tәrәfindәnsә
            atılan daş kimi yolun kәnarına sıçradı. Maşın Mattisә çatanda
            sürücü açıq pәncәrәdәn qışqırdı:
                – Sәfeh, yolun düz ortasıyla da adam gedәr?!
                Sәsi әsәbi vә bir az qorxmuş kimiydi. Mattis açıq pәncәrәdәn
            onun bәrk hiddәtlәndiyini gördü. Heç vaxt görmәdiyi, tanımadığı
            birisiydi.
                Hәyәcanlı sәslә:
                – Siz ölümün bir addımlığındaydız, – dedi. – Maşını güclә
            saxlaya bildim. Belә ehtiyatsızlıq olmaz.
                Pәncәrәnin şüşәsi qalxdı vә maşın sürәt yığaraq Mattisi
            işlәnmiş qazın zәhәrli dumanına bürüdü.
                Mattis qazı udub tamam kәnara çәkildi vә yoluna davam
            etdi. Başa düşürdü ki, maşında olan adam bu sözlәri hamıya
            deyә bilәrdi. O, sadәcә qorxmuşdu. Sürücü, yәqin, turist idi vә
            kimlә danışdığını bilmirdi. Mattis bunu dәfәlәrlә tәkrarlayıb
            özünü daha inamlı hiss etdi. Hә, yüz milyonlarla insan onun
            haqqında heç nә bilmirdi. Onu hәmin adamlardan nәsә xoşmәramlı
            bir duman ayırırdı. Belә fikirlәşmәk xoş idi: mәnim sәrsәm
            olduğum xeyli insanın ağlına belә gәlmir.
                İndi Mattis qaça-qaça sanki tufanla ötüşmәyә çıxmışdı.
            Tәcrübәsindәn bilirdi ki, ildırım müxtәlif cür olur. Bәzisi birdәn
            gәlir, bәzisi mırıldaya-mırıldaya xeyli hazırlaşandan sonra tәhlükәyә
            çevrilir, bәzisi hәmişә kәnarda qalır – görünür, tamam ayrı yolla
            gedir. Bu mәsәlәdә möhkәm qayda-qanun yoxdu. Bu gün tufan
            özünü ağır-ağır göstәrirdi. Mattis, demәk olar, әmin idi ki, evә
            vaxtında çatacaq.
                Bayaq onu çәpәrin arxasından sәslәyәn qızlar gözә dәymirdilәr.
            Amma tarladakı o üç nәfәr hәlә dә iş başındaydı.
                Deyәsәn, qız ona әl elәdi?
                Yox.
                Yәqin, o qız yorulub.

                                       196
   191   192   193   194   195   196   197   198   199   200   201