Page 201 - Tarey Vesos_Макет 1
P. 201
Quşlar
Bu, quş dilindә deyilmişdi. Quş yazısıyla.
O, mәhz hәmin yerdә – valdşnepin üzәriylә uçduğu qurumuş
gölmәçәnin yanında dayanmışdı. Sanki donub-qalmışdı. Vә ona
ünvanlanmış yazını oxuyurdu, buna başqa ad vermәk olmazdı.
Qurumuş gölmәçәnin bulanıq dibindә quş caynaqlarının izi
görünürdü, bundan başqa, yaş torpaqda xeyli dәrin, yumru deşiklәr
gözә dәyirdi. Valdşnep burada gәzmişdi. Deşiklәr onun dimdiyinin
izlәriydi. Dimdiyi ilә buradan nәsә yemәli şeylәr dartıb çıxarmış,
bәzәn dә sadәcә yerdә nәsә yazmışdı.
Bir çubuq tapıb yazılanları oxudu. Yüngül, oynaq izlәrә
baxdı. Fikirlәşdi ki, mәnim valdşnepim gör bir necә yüngül vә
gözәldi. Hәrdәn göydәn yorulanda necә dә yüngüllüklә bu
gölmәçәyә düşә bilәr.
Sәn elә sәnsәn. Torpaqda belә yazılmışdı.
Sanki onu salamlayırdı.
Mattis taxta tapıb bulanıq torpağın boş bir yerindә cavab
yazdı. Adi hәrflәrlә yaza bilmәzdi, axı bu, valdşnepә ünvanlanmışdı.
Mattis dә quş dilindә yazmalı oldu.
Valdşnep növbәti dәfә uçub gәlәndә bu mәktubu oxuyacaqdı.
Burada yalnız mәn oluram, demәli, bu mәktubu da ancaq mәn
yaza bilәrәm.
Hәr tәrәf sakit vә sirliydi. Görüş üçün bundan yaxşı yer tapa
bilmәzdin. Balaca gölmәçәni hündür ağaclar әhatә elәmişdi.
Günәş açıq yerlәrdәn keçәrәk yüngül vә ürkәk mәxluqların rәqs
etmәsi üçün öz şüalarını sәxavәtlә yayıb nәmişliyi qurudurdu.
Bәlkә, bütün günü vә bütün axşamı burada qalıb quşu
gözlәsin? Bәlkә, quş gәlib onunla yanaşı oturacaq?
Bu, çox şirniklәndirici idi. Amma Mattis qәti qәrara aldı ki,
olmaz. Buna ürәk elәmәdi. Ehtiyatlı olmalıydı. Quş qorxa bilәrdi
vә hәr şey alt-üst olardı. Buna imkan vermәk olmazdı. Salamını
aldı, bәsidi.
Sәhәr yenә bura gәlib valdşnepin onun mәktubunu oxuyub-
oxumadığını bilәcәk. Mattis evә qayıdanda yolboyu astadan fit
çalırdı. Bu haqda Xeqeyә heç nә demәyәcәkdi: belә şeylәr onluq
deyildi.
201