Page 203 - Tarey Vesos_Макет 1
P. 203

Quşlar
             – Hm! – cavabında dedi.
             Bacısı sorğu-suala çәkmәdi.
             Pusqu qurmaq hәvәsi artsa da, Mattis birtәhәr nәfsini boğur,
          hәr yeni günü sәbirsizliklә gözlәyirdi.
             Beşinci gün valdşnepdәn növbәti mәktubu aldı. Nә mәsәlәdi?
          Meşә dә bu gün elә bil hәmişәkindәn daha sakit idi.
             Bir fikir beynini qılınc kimi kәsdi: valdşnep ölüb.
             Yox, yox!
             Dördgünlük yazışma Mattisin fikirlәrinә elә hakim kәsilmişdi
          ki, yerdә yenisini tapmayanda dәrhal tәsәvvüründә bir-birindәn
          dәhşәtli olan müxtәlif bәdbәxt hadisәlәr canlandı. Hәr halda, evә
          qayıtmazdan әvvәl valdşnepә yazdı.  Axşam artırmada oturub
          uçuşu gözlәdi. Xeqe yatmışdı.
             Yumşaq rütubәtli hava. Hәr şey lazım olduğu kimidi.  Vә
          Mattis qәflәtәn anladı.
             Günlәrin bir günü daha uçuş olmayacaq. Günlәrin bir günü
          valdşnep dә olmayacaq.
             – Bu bәd-bәd danışan kimdi axı? – qәflәtәn sakitlәşib rütubәtli
          havaya dedi.
             Quş – o gözәl, füsunkar, arzulanan o quş orada – havadaydı,
          eyni istiqamәtdә uçaraq eyni sәslәri çıxarırdı. Mattis Xeqeni
          oyatmalı olmadı.
             Sәhәri gün görüş yerinә gәlәndә onu yeni mәktub gözlәyirdi.
             Aralarındakı bu münasibәtdәn tәsirlәndi.
             Qurumuş gölmәçәdә hәlә boş yerlәr var idi, birazdan onlar
          da nöqtәlәr vә rәqs edәn caynaqların iziylә örtülәcәkdi.



                                     16

             Amma bir neçә gündәn sonra Mattisdә kәskin ağrılar başladı.
          Qәflәtәn gәlәn ağrıdan özünә yer tapa bilmir, ora-bura fırlanırdı.
          Xeqe ona nә olduğunu soruşanda:
             – Elә bil qarnım ağrıyır, – dedi, – amma elә bil ağrıyır.
             – Nәsә yemisәn? Bәlkә, havadandı?

                                    203
   198   199   200   201   202   203   204   205   206   207   208