Page 204 - Tarey Vesos_Макет 1
P. 204
Tarey Vesos
Cavabında:
– Nә yemәkdәndi, nә dә havadan, – deyib hәyәtә qaçdı.
Valdşnep tәhlükәdәydi.
Bu sәhәr yolda rastlaşdığı bir cavan oğlan ondan doğrudanmı
evlәrinin üstüylә valdşnepin uçduğunu soruşmuşdu.
Mattis cavabında:
– Әlbәttә, doğrudu, – demiş vә nәhayәt, kiminsә bu uçuşla
maraqlanmasından razı qalmışdı. Bu vaxtacan bu barәdә ancaq
özü kimlәrәsә danışmaq mәcburiyyәtindә idi.
Amma dәrhal da dediyinә peşman olub qorxudan bәdәni
әsdi. Qarşısında dayanan ovçu idi – Mattis bunu onun işım-işım
yanan gözlәrindәn anlamışdı.
– Amma daha uçmur! Uçuş-zad bitdi. Nә vaxtdı gözә dәymir.
Oğlan qımışdı: yәni mәni aldada bilmәzsәn.
– Nә danışırsan, mәn bәyәm uçuşun nә vaxt bitdiyini bilmirәm?
Mattisin kәlәyinin xeyri olmadı, oğlandan quşa toxunmamağı
xahiş etmәk istәdi, amma hәmişәki kimi gecikdi.
Oğlan tez-tәlәsik:
– Xudahafiz, – deyib yeyin addımlarla uzaqlaşdı. Gündәn
qaralmış bәdәni olan bu güclü oğlanı, yәqin, hәr tәsәrrüfat sahibi
böyük sevinclә işә götürüb yaxşı da pul verirdi. Belәlәrinә,
yәqin, qızlar da özlәri yaxınlaşır.
Amma Mattis onun qәfildәn işıldayan gözlәrini unuda bilmәzdi.
Bu ovçu indi bura silahla gәlәcәk, valdşnepi nişan alıb tәtiyi
çәkәcәk vә onu sadәcә öldürәcәkdi.
Bәlkә dә, elә bu axşam. Belә bir vәziyyәtdә qarnının tutmasında
tәәccüblü nә vardı ki?
Xeqeylә bu haqda danışmaq istәmәdi. Onda mәlum olacaqdı
ki, quş haqqında ovçuyla özü danışıb. Bu isә dәhşәt idi. “Onsuz
da, bu uçuş barәdә indi hamı bilir” düşüncәsiylә özünü
sakitlәşdirmәk istәsә dә, kömәyi olmadı. Bu gün o, quş haqqında
ovçuya danışmışdı vә hәmin adam da onun yanına mәhz bunu
öyrәnmәk üçün gәlmişdi. Sadәcә, Mattis bunu çox gec dәrk
elәmişdi.
Qarnının ağrısı daha da artdı.
204