Page 199 - Tarey Vesos_Макет 1
P. 199

Quşlar
          kimәsә ünvanlanmışdı. Sükut çökdü. Narahat vәziyyәt yarandı.
          Vә bunun adı yox idi.
             Mattis dedi:
             – Mәn onu görәn kimi uçub getdi.
             Bax indi, elә indi Xeqe qıcıqlandırıcı sualını verәcәk: niyә
          qayıdıb gәlib, axı indi işdә olmalıydı? Yaxşısı budu, özü başlasın.
             – Mәnә uyğun iş tapılmadığına görә qayıdıb gәldim. Axı
          bilirdim, belә olacaq. Sonra da bir nәfәr dedi ki, indi tufan
          qopacaq. Amma olmadı.
             Xeqe:
             – Hә, olmadı, – dillәndi.
             Mattis:
             – Hәm dә yolda bir tanışla rastlaşdım, – dedi.
             Xeqe ona әsәbilәşmәdi, hәm dә nәsә qәribә idi. Çünki o
          gözәl quş Mattisin simasında çox gözәl әks olunmuşdu.


                                     14


             Sәhәr Mattis düşüncәlәrә qәrq olmuşdu, ürәyi doluydu: bu
          gün biz valdşneplә birlikdә olacağıq.
             Bunun mәnasını izah edә bilmәzdi. Әslindә, ona nәsә bir
          izah da lazım deyildi. Mattis yatanda evin üzәrindәki havada
          valdşnepin buradan uçuşunun izlәri qalmışdı: bu gecә dә, o biri
          gecәlәrdә dә. Yatmaq günah idi.
             Valdşnep haqqında düşündükcә onun buralara gәlmәsinin
          xoş bir әlamәt olduğuna daha çox inanırdı. Nәsә dәyişmişdi.
          Budu, indi sәhәr dә, axşam da buralarda uçur, özü dә yalnız
          insanlar öz evlәrinә yığılandan sonra.
             Hesab elәyirdi ki, bu, xeyirliyәdi. Özü artırmada oturub bu
          uçuşu doyunca izlәyә bilәrdi. Onlar valdşneplә bir idilәr.
             Bu sәhәr onları yeni gün gözlәyirdi.
             Valdşnep Mattisin bütün fikirlәrinә hakim kәsilmişdi. Özünü
          saxlaya bilmir, yalnız ondan danışırdı. Bu, Xeqeni bezdirdi vә
          Mattis bacısının heç nәyi duyub sezmәmәsi üçün valdşnep barәdә

                                    199
   194   195   196   197   198   199   200   201   202   203   204