Page 194 - Tarey Vesos_Макет 1
P. 194

Tarey Vesos
                Nәhayәt, Mattis dükana gәlib çıxdı. Әslindә, bayaqdan dükana
            can atdığını yaxşı anlayırdı. Buna görә sınağa ehtiyac yox idi –
            dükan düz yolun qırağında, sanki hamının düşә bilәcәyi bir
            tәlәydi. Eyni zamanda sahildә yerlәşirdi vә yaxınlığında qayıqların
            yan alması üçün körpü vardı.
                Dükanda nabat satılırdı vә Mattis bu şirnini xoşlayırdı.
            Üstәlik, özünü nә qәdәr sәfeh aparsa da, satıcı heç vaxt onu
            mәsxәrәyә qoymurdu.
                Vaxtın bu vәdәsindә dükanda tanışlardan kimsә yox idi,
            yalnız yüngül yay geyimindә velosipedlәriylә gәlib burada mineral
            su içәn üç-dörd turisti gördü. Gözlәrini onlardan çәkә bilmәsә
            dә, başını çevirmәyә birtәhәr özünü mәcbur etdi. Ciblәrindә
            eşәlәnib gizlәtdiyi dәmir pulu çıxardı. Laqeydcәsinә:
                – On beş erelik nabat, – xahiş etdi, elә bil hәr gün aldığı bir
            şey idi.
                – Nanәli? – satıcı dәqiqlәşdirmәk üçün soruşdu.
                Satıcı Mattisin zövqünü bilirdi vә o, buradakıların bu sözü
            eşitmәsindәn xoşhallandı. O, bu qısa, adi söz üçün satıcıya
            minnәtdar idi.
                – Hә, hәmişәki kimi, – cavab verdi.
                Amma bu gün ehtiyatda çox vacib bir sualı var idi.
                – Sәn heç valdşnepin uçuş yerini dәyişmәsini eşitmisәn –
            mәsәlәn, birdәn qalxıb aşağıdan, evin üstüylә uçmasını?
                Qәliz sual idi, Mattis onu bütün yol uzunu әzbәrlәmişdi.
                Satıcı:
                – Yox, valdşnep hәmişә eyni istiqamәtdә, eyni yerdә uçur, –
            dedi. Әgәr uçuş istiqamәtini dәyişibsә, demәli, quş hәlә tәzә
            doğulub, sәriştәsizdi. Mәn belә güman elәyirәm.
                Satıcı bu sözlәri deyә-deyә qabdan balaca qaşıqla nanәli
            nabatları çıxardı. Qabın dibi qızılı rәngә çalırdı.
                Mattis dilxor oldu.
                – Sәn belә güman elәyirsәn?
                – Hә, mәncә, elәdi. Nәdi, bu uçuşu görmüsәn?
                – Hә, ancaq mәsәlә bunda deyil. Demәli, sәncә, burada
            qeyri-adi bir şey yoxdu? Niyә belә danışırsan? Axı bu, xırda
            mәsәlә deyil, çox vacib bir şeydi.
                                       194
   189   190   191   192   193   194   195   196   197   198   199