Page 197 - Tarey Vesos_Макет 1
P. 197
Quşlar
İndi qız-zad hayında deyilәm, bu dәqiqәlәrdә tufan başlayacaq,
başqa şeylәri başımdan çıxarmalıyam. Әslindә, heç bu haqda
fikirlәşmәk dә istәmirәm. Tufan zarafat mәsәlә deyil.
Qәflәtәn bir tanışıyla rastlaşdı. Hәr halda, hәr dәfә bu oğlanla
görüşәndә hәyәcan keçirmәdәn söhbәtlәşirdi.
Oğlan әlini qaldırdı, elә bil Mattis – saxlamaq istәdiyi bir
avtobus idi.
– Dayan! Hara belә tәlәsirsәn?
Mattis ciddi şәkildә:
– Sәn bir göyә bax, – dedi.
– Göydә nә var ki?
– Mәgәr görmürsәn, indicә tufan başlayacaq. Tufanda, yaxşısı
budu, evdә olasan.
Oğlan tufanda Mattisin nә hala düşdüyünü yaxşı bilirdi. Bu-
ludlara baxdı:
– Qorxma. Tufan buludu deyil. Görmürsәn, demәk olar, artıq
dağılıb.
Mattis başını buladı. Oğlanın sözlәrinә inanmaq istәmirdi –
o, sadәcә Mattisi sakitlәşdirirdi. Әlbәttә, tufan olacaq, özü dә
möhkәm – dükandakı velosipedçi belә demişdi vә onun sözlәri
hәqiqәtә daha yaxın idi.
Mәhz bu zaman buludlar sanki әtәklәrini qaldırdı vә onunla
uzaq dağların yüksәkliklәri arasından mavi göy üzü boylandı.
Bayaqdan pis havanın xәbәrçisi olan buludlar müdhiş duruşlarını
itirdi.
Oğlan:
– Gördün, inanmırdın, – dedi. – Tufan buludu deyilmiş, heç
izi-tozu da qalmadı.
Mattis rahat nәfәs aldı.
– Nabat istәyirsәn? – minnәtdarlıqla oğlana şirni tәklif etdi.
Vә oğlan qızılı nabatı ağzına qoyub ondan aralandı
Mattis daha tәlәsmirdi. Amma qәrara gәldi ki, iş axtarmağın
artıq faydası yoxdu. Özünü itirmişdi: evә qayıdanda Xeqeyә nә
deyәcәkdi? İndi tufan tәhlükәsi sovuşandan sonra, hәmişәki kimi,
vicdan әzabı çәkirdi.
197