Page 202 - Tarey Vesos_Макет 1
P. 202

Tarey Vesos
                                        15


                Sәhәrә qәdәr birtәhәr sәbir elәyib hәmin yerә gәlәndә
            gümanında yanılmadığını gördü. Öz işarәlәrinin yanında quş
            dimdiyi ilә yazılmış yeni nöqtәlәr vә cizgilәr tapdı.
                Mattis buna hazır olsa da, tәәssüratı elә güclüydü ki, daşın
            üstә oturmalı oldu.
                Demәk, onların arasında, hәqiqәtәn dә, bağlantı var.
                Görәn, bu quş öz gözәl dilindә ona nә deyirdi?
                Mattis qәti әmin idi, quş ona möhkәm dostluq tәklif edirdi.
            Nöqtә, nöqtә, nöqtә. Bu işarәlәr әbәdi dostluğa çağırış idi.
                Mattis taxtanı götürüb onun da quşla hәmrәy olduğunu
            tәntәnәylә cızdı.
                Quş dilindә yazmaq çәtin deyildi. Onlar bir-birlәriylә çox
            görüşmәliydilәr. Yerdә quş caynaqlarının da yeni izlәri әmәlә
            gәlmişdi. Mattis qәrara aldı ki, bu, rәqs izlәrinә oxşayır. Tәnha
            quş burada rәqs elәmişdi.
                Amma pusquda dayanıb onun rәqsinә baxmaq düzgün deyildi.
                Mattis yan-yörәsinә göz gәzdirib ucadan:
                – Belә-belә işlәr, – dedi.
                Bu sözlәri adi insan dilindә dediyindәn sәsi kobud vә bayağı
            çıxdı. İndi yalnız quş dilindә danışmaq istәyirdi – hәtta evdә
            Xeqeylә dә. Yәqin, onda bacısı da indi ona qaranlıq qalan şeylәri
            anlayar.  Amma Mattisin buna cürәti çatmazdı, bunun nәylә
            qurtaracağını, qaranlıq da olsa, tәsәvvür elәyәrdi. Onda mәni
            sadәcә evdәn çıxmağa qoymaz. İnsanlar bütün dillәrin әn gözәli
            barәdә eşitmәk belә istәmirlәr, ona nifrәt elәyirlәr.
                İçinә dolan sevinc hissiylә әyilib yenә nәsә yazdı. O, öz
            yazılarıyla qurumuş gölmәçәni tamam doldura bilәrdi, amma
            belә elәmәk olmazdı, valdşnepә dә mәktub üçün yer saxlamalıydı.
            Hәr gün ikisi dә yüngüllüklә, sanki rәqs edә-edә bura tәlәsәcәk,
            ürәklәrindә olanları yazacaq.
                Mattisin bu kәşfinin üçüncü, dördüncü günü dә hәr şey
            tәkrarlandı. Xeqe onun nә sәbәbә belә tez-tez meşәyә getmәsiylә
            maraqlandı.

                                       202
   197   198   199   200   201   202   203   204   205   206   207