Page 207 - Tarey Vesos_Макет 1
P. 207
Quşlar
– Әslindә, belә şeylәr sәnә çatmaz, – dedi. – Amma çox
dәqiq atәş alındı. Üstәlik, quşun heç ruhu da incimәdi.
Mattis çaşqın halda quşu әlindә saxlamışdı. Susurdu. Quşu
tutan әli sanki kәndir kimi açılıb qalmışdı. Artıq әlindә nә
tutduğunu da unutmuşdu.
– Bu quşu özününkü hesab elәyirsәn? – oğlan tәәccüblә
soruşdu.
Mattis susurdu.
– Mәnә ver, gәrәk necә ovçu olduğumu evdәkilәrә dә göstәrim.
Oğlan tüfәngi arxasında rahatlayıb getmәyә hazırlaşanda dostyana
göz vurdu.
Amma Mattis quşu ona uzatmadı, bu oğlana tәslim olmaq
fikrindә deyildi, dәhşәt dolu baxışlarla ona baxırdı. Oğlan qәflәtәn
geri çәkildi.
– Niyә susursan? – soruşdu.
Oğlanın meşәdәn çıxanda simasından boylanan bütün sevinc
yox olmuşdu.
Mattis özünü әlә alıb quşun indicә ona baxan qara gözlәri
haqqında nәsә demәk istәdi, amma qәflәtәn baxıb gördü ki,
hәmin gözlәr daha yoxdu – onları pәrdә örtmüşdü. Demәyә daha
sözü yox idi. Quşu da vermәdi.
Sәrrast atıcı dilxor olmuşdu. Mattis onun kefini büsbütün
pozmuşdu. Oğlanın burada sevinmәli bir şey olmadığı qәnaәtinә
gәlmәyә ağlı çatdı. Cavanlıq, güc-qüvvәt, hәyatsevәrlik canında
bulaq kimi qaynasa da, bu susqun Sәrsәm onu әmәllicә qorxut-
du.
Tamam fәrqli sәslә soruşdu:
– Nә mәsәlәdi, Mattis?
Sükut.
Oğlan tamam çaşqınlıq içindә:
– Nәdi, buna görә mәndәn incidin? – soruşdu.
Әvvәlki kimi sükut.
Sonra Mattis yöndәmsiz şәkildә tәrpәnәn kimi oldu. Nәsә
demәk – “yox”, ya da buna bәnzәr bir söz mızıldamaq istәdi.
Torpağa baxdı – quşun yıxıldığı yerdә, otların üstә azca qan var
207