Page 212 - Tarey Vesos_Макет 1
P. 212
Tarey Vesos
– Başmaqlarını çıxarmısan?
– Hә, – dedi, – heyif o quşdan, – әlavә etdi.
– İndi daşın altında rahatdı, – bacısı onu sakitlәşdirdi.
Qәribә sözdü.
– Niyә belә dedin?
Cavab әvәzinә Xeqenin әli iki dәfә yanağına toxundu. Necә
yaxşıdı. Vә sanki hәr şey ondan uzaqlaşdı.
– Yat, Mattis.
Hәmin yüngül әli düşünәrәk:
– Elә bil quş qanadıdı, – dedi.
Xeqe sakitcә dillәndi:
– Hә, biz sәninlә bir yerdәyik… hәmişәlik. Qorxma.
Az qala, bacısına onu bura gәtirәn sәbәbi açıb deyәcәkdi.
Amma düşündü ki, hәr şeyi ona danışsa, bu gecә yuxusu әrşә
çәkilәcәk.
Xeqe Mattisi yaxşı tanıyırdı, qardaşı әl çәkәn deyildi:
– Mәnә nә demәk istәyirdin? – soruşdu.
Mattis diksindi.
– Heç nә!
– Yaxşı, onda sonra deyәrsәn. İndi yat.
İstәyirdi ki, bacısının әli yenә ona toxunsun, amma belә
olmadı.
Bәs o qara gözlәr?
İndi onlara pәrdә çәkilib.
Üstündә iri, ağır daş var.
Amma o gözlәr bir dәfә adama baxıbsa, ona daha nә pәrdә,
nә dә daş kar elәyәr.
– Xeqe, – ehtiyatla dillәndi.
Cavab gәlmәdi, yәqin, bacısı bu dәfә, doğrudan, yatmışdı.
Qardaşı yanındaydı vә o, rahat idi.
212