Page 215 - Tarey Vesos_Макет 1
P. 215

Quşlar
             Hәmin adam rahat nәfәs alıb yoluna davam etdi.
             Evdә Xeqe dedi ki, boş söhbәtdi. Vә Mattisә elә gәldi ki,
          artıq iki hәftәdәn bәri ona rahatlıq vermәyәn evin başçısı olmaq
          mәsuliyyәti, deyәsәn, onun çiyinlәrindәn götürüldü – bu mәsuliyyәt
          yenidәn Xeqenin üzәrinә düşdü.
             Gecәdi.
             Әgәr әtrafında yalnız güclü vә ağıllı insanlardısa, nә etmәli?
             Nә bilәsәn?
             Amma hәr halda, nә etmәli? İnsan gәrәk nәsә etsin. Hәmişә.
             Evin üzәriylә zolaq uzanıb. Quş özü ölüb, indi iri bir daşın
          altındadı, amma zolaq qalıb.
             İndi nә etmәli?
             Xeqeylә nә etsin? Onun vәziyyәti pisdi.
             Nә bilәsәn?
             Pәncәrәnin o üzündәn isә külәk sәsi gәlir, amma bәlkә dә,
          külәyin özü heç yoxdu.



                                     19

             Bir dәfә iyulun axırlarında Mattis balıq tutmağa getdi. Әn
          azı, öz qayığında göldә üzürdü. Ötәn iki hәftә, qonşudan biçilmiş
          otu kürümәk tәklifi hesaba alınmasa, xoş keçmәmişdi. Hәm dә
          bir gün hesabdan deyil.
             Bu gün onu gölә Xeqe özü yolladı.
             Qayıqda oturmuşdu, baxışları bomboş, göl isti, hamar vә
          sonsuz idi. Mattis uzağa, tәxminәn balaca daşlıq adayacan üzdü.
          Haradasa uzaqda bir mühәrrik işә düşdü, sonra o biri, amma belә
          baxanda sakitlik vә boşluq idi. Sahildә tanıdığı, uzaq sahildә isә
          tanımadığı evlәr görünürdü. Balıq tutmaq üçün lәvazimatı kasad,
          qayığı isә nasaz idi – su buraxırdı. Su gәlib başmaqlarına
          dirәnәnәcәn xәyala dalmışdı. Bunu görüb sәksәndi vә suyu
          boşaltmağa başladı. Sonra yenidәn xәyala daldı. Tilov qayığın
          arxa tәrәfinә bәrkidilmişdi, qarmaq faydasız gözlәntiylә yatmışdı.
          Suyun dәrinliyindәn dә qızmar iyul günәşi boylanırdı vә Mattis

                                    215
   210   211   212   213   214   215   216   217   218   219   220