Page 216 - Tarey Vesos_Макет 1
P. 216

Tarey Vesos
            sanki iki günәşin arasında qalmışdı. Bilirdi ki, belә sakit havada
            ondan başqa, heç kim balıq tutmur.
                Neynәk, qoy tutmasınlar…
                Ağlına gәldi ki, balıq gözlәmәdiyin halda qarmağa keçir.
            Demәk, sәrsәm mәn deyilәm.
                Xeqenin onu yola salarkәn dediyi sözlәri xatırladı:
                – Hәtta heç kim sәnә gülmәyәndә dә elә bilirsәn, sәnә
            gülürlәr.
                Belә dә dedi. Bu sözlәr sahildәki evlәrә baxarkәn yaddaşında
            tәzәlәndi. Kimlәrin onu açıq-aşkar incitdiyini, yaxud ona güldüyünü
            yadına salmağa çalışdı. Amma zәhlәtökәn uşaq-muşaqdan başqa,
            yadına düşәn olmadı. Arxasınca ona hәr cür ayama qoşurdular.
            Amma adamlar belәdi dә, baş açmaq olmur.
                Su başmaqlarına süzülәrәk: “bul-bul” – “dedi” vә o, iri
            çanaqdan yapışdı.
                Suyu canfәşanlıqla boşalda-boşalda ürәyindә: “Göldә gәrәk
            xәyala dalmayasan, – dedi, – yoxsa qayıq batar, mәn dә içindә.
            Xәyala sahildә dalmaq lazımdı”.
                Amma özündәn xәbәrsiz yenidәn fikrә getdi. Axı balıq da
            tilova gәlmirdi, vaxtı-zamanı çox idi.
                Yaşadığı hәyatı düşünürdü. Sanki duman içindәydi. O, uşaq
            olanda evin bütün yükü atasının çiynindә idi. Atası da Xeqe kimi
            balaca, yorulmaq bilmәyәn bir kişiydi.  Vә ağıllı. Mattisdәn
            savayı, hamı ağıllıydı. Yadındadı ki, özünü tanıyandan hamı onu
            bir işin qulpundan yapışmağa mәcbur edirdi. Atası onun fәrasәtsizliyi
            ilә tez barışdı, anası isә Mattisә elә nәzәrlәrlә baxırdı ki, elә bil
            hәlә dә hәr şeyin dәyişәcәyinә ümidliydi. Amma ana tez öldü,
            Mattis onda hәlә yeniyetmәydi. Bir neçә ildәn sonra atası da
            meşәdә hәlak oldu – hәr dәfә yaddaşında dirilәndә Mattisi dәhşәtә
            gәtirәn bir bәdbәxt hadisәdәn.
                Xeqeylә ikisi qaldı. İndi qoşa sürdüklәri bu hәyata çoxdan
            başlamışdılar. İlk dәfә Sәrsәm adıyla çağırılana qәdәr ağlına belә
            gәlmirdi ki, hamı kimi deyil. Vә bu, hәyatında bir çat oldu.
                Mattis sahildәki evlәrә baxa-baxa düşünürdü ki, heç kim ona
            pislik istәmir. Sözlәrinә görә Xeqeyә minnәtdar idi vә bunun,
            hәqiqәtәn dә, belә olduğunu özünә tәlqin etmәyә çalışırdı.
                                       216
   211   212   213   214   215   216   217   218   219   220   221