Page 221 - Tarey Vesos_Макет 1
P. 221
Quşlar
Elә qızmar isti var idi ki, yaş paltarlarını soyunmaq istәmәdi.
Evә necә gedib sıxacağı barәdә hәlә fikirlәşmirdi – hәyatı xilas
olmuşdu, qalan şeylәr öz-özünә düzәlәcәk.
– İşә bir bax! – çәkinmәdәn ucadan dedi. Burada, bu adacıqda
kefi istәyәn qәdәr özüylә danışa bilәrdi.
Keçirdiyi bu hәdsiz hәyәcandan vә gücü xaricindә olan
әziyyәtdәn sonra canını lәzzәtlә qızdıran bu günәşin altında
dәrhal yuxuya getmәyi arzuladı. Sahilә sonra da birtәhәr gedib
çıxa bilәr. Onsuz da, gec-tez kimsә üzüb bura gәlәcәkdi. Yemәk
istәmirdi, yalnız yatmaq. Nә qәdәr ki bura üzüb gәlәn yoxdu,
yata bilәr.
Amma yuxuya gedib kәndiri әlindәn buraxacağından qorxurdu.
Bu kәndir onu sevdiyi hәr şeylә bağlayan bir sap idi. Yuxuya
müqavimәt göstәrmәyә heyi qalmayanda qayığı burada tapdığı
yeganә dayağa – özünә bağladı. Kәndiri topuğuna dolayıb yaxşıca
düyünlәdi. Nә olsun, qayıq yerindә möhkәm dayanıb, kim bilir,
bu, nә qәdәr çәkәcәk. Qayığa:
– Mәn sәni qoruyuram, sәn dә mәni, – dedi.
Vә hәr şey dәrhal hәll olundu.
21
Bu dәfә yuxuda heç nә görmәdi. Oyananda nә qәdәr yatdığını
anlaya bilmәdi. Çoxmu yatmışdı? Onu yuxudan qulağının lap
dibindәn gәlәn çığırtı sәsi oyatmışdı. Qız sәsiydi:
– Bir-iki, qaldır!
Mattisin topuğuna bağlanan kәndir dәrhal dartıldı vә güclü
dartınma onu suya çәkdi:
İlahi, bu nәdi?
– Yox! – ağlına gәlәn ilk söz bu oldu. Oturub gözlәrini
ovuşdurdu. Bu gözlәrdәn hәlә dә yuxu tökülürdü.
– Bir dә, qaldır! – yenidәn qışqırdılar – bir dә, qaldır!
Suya yaxın yeni bir dartınma. Mattis xilas olmaq istәdi.
– Burax!
221