Page 223 - Tarey Vesos_Макет 1
P. 223

Quşlar
             – Mәsәlәn, nә?
             – Daha bunu soruşmayın. Bunu heç kim bilmir.
             Qızlardan biri:
             – Yaxşı, soruşmarıq, – dedi. – Elә biz özümüz nәlәr arzulamırıq
          ki? Bu, bizә tanışdı.
             Vә qızlar xoş niyyәtlә ona baxdılar.
             Mattis düşündü ki, onlar da ağıllıdı.
             – Mәn sizin kimilәri çox görmüşәm! – yenә qeyri-iradi ağ -
          zından çıxdı. Özünә ürәk-dirәk vermәk istәdi. – Yayda biz tәrәfdә
          xeyli dincәlәn olur: onlar yolda, dükanda, hәr yerdә adamın
          qabağına çıxır. Ona görә dә elә fikirlәşmәyin ki…
             Susdu. Vә hirslә onlara baxdı. Bu qızlara hirs vә hiddәt dolu
          baxışlarla baxmağa haqqı vardı. Hәr halda, ona belә gәlirdi.
             Amma qızlar hәlә dә xoş niyyәtlә Mattisә gülümsәyirdilәr.
          Onlardan biri:
             – Biz sәni başa düşürük, – dedi. – Dәrhal hiss etdik ki, adi
          adamlardan deyilsәn.
             Mattis qızların onun haqqında heç nә bilmәdiklәrinә görә
          minnәtdarlıq hissiylә başını qaldırıb düz gözlәrinә baxdı. Öz
          cәsarәtinә özü dә heyrәt etdi: rahatca qızlarla danışır, gözlәrinin
          içinә baxır.
             Amma budur, gözlәri yenidәn uzaqlara zillәndi vә artıq
          tamam başqa sәslә astadan soruşdu:
             – Siz bura hardan üzüb gәlmisiz?
             Qızlar laqeyd tәrzdә әllәriylә Mattisin oradakılardan heç
          kimi tanımadığı gölün dumanında görünәn sahili göstәrdilәr. On-
          lardan biri cavab verdi:
             – Artıq iki hәftәdi, burada qalırıq. Bu gün yaxşı havanı fürsәt
          bilib qayıqla üzmәyә qәrar verdik.
             – Vә çimmәk üçün bu balaca adaya istiqamәt aldıq, – o birisi
          Mattisә göz vurub dedi. – Buraya da gәlib çatanda nәlәrsә
          gördük.
             “Özünü yığışdır” – hәr dәfә qızlara tәrәf dönmәk istәyәndә
          elә bil kimsә ona deyirdi. Baxışları hәlә dә yad sahillәrә dikilib
          qalmışdı. Qızlar sözlәrinә ara vermirdilәr.
                                    223
   218   219   220   221   222   223   224   225   226   227   228