Page 225 - Tarey Vesos_Макет 1
P. 225

Quşlar
             – Hәr halda, bәlkә, nәsә görmüsәn?
             – Yox, mәn ona görә baxmıram, – ciddi şәkildә cavab verdi. –
          Nәfsimә uymamaq üçün belә elәyirәm.
             Tәbәssüm dolu baxışlar söndü, qızlar sakitlәşdi. Mattis
          qәflәtәn qәribәlәşdi.
             Qızlardan biri ehmalca:
             – Sәn bizә baxmağa qorxursan? – soruşdu.
             Mattis yerindәn tәrpәnmәdәn asta sәslә cavab verdi:
             – Nәfs dediyim dә elә budu.
             Qız cavab vermәyә söz tapmadı. Mattisin ürәyi çılpaq vә
          müdafiәsiz idi. rәfiqәlәr bir-birlәrinә baxır vә heç nә anlamırdılar.
          Mattisin sәsi, sifәti, baxışları onların tәbәssümünü tüstü kimi
          dağıtmışdı. Qızlar özlәrini yığışdırdılar.
             Onlardan biri sıxıla-sıxıla:
             – İstәyirsәn sahilә üzüb kimisә sәnin qayığına kömәk üçün
          çağıraq? – tәklif etdi.
             Mattis yalvara-yalvara:
             – Yox, yox! – nida etdi.
             – Anna, onda gәl çimәk, onsuz da, belә qәrarlaşdırmışdıq, –
          qızlardan biri dillәndi. – İndi әsl vaxtıdı.
             – Yaxşı, – Anna adlı hәmin qız sanki toxtayıb razılaşdı. – Bu,
          әla olar.
             – Tezliklә görüşәnәdәk!
             Mattislә xudahafizlәşib isti yay suyuna atıldılar. Lap balıq
          kimi rahat üzә-üzә buradan uzaqlaşdılar. İndi Mattis maneәsiz-
          filansız onlara baxa bilәrdi.
             Sevincdәn qanadlana-qanadlara onların yenidәn bura qayı -
          da caqlarını düşünürdü. Qızlar öz qayıqlarının dalınca gәlib bir -
          likdә sahilә çıxacaqdılar.
             Onların uzaqda necә üzdüklәrinә baxa-baxa astadan:
             – Mәn hәtta fikirlәşmәyә belә qorxuram, – dedi.
             Qızlar orada nәsә danışırdılar. Sonra ona әl elәdilәr:
             – Ey!
             Mattis tәrpәnmirdi. Amma yox, belini dikәltdi, yöndәmsiz
          şәkildә әlini qaldırdı, tez dә utanan kimi olub yanına saldı.

                                    225
   220   221   222   223   224   225   226   227   228   229   230