Page 230 - Tarey Vesos_Макет 1
P. 230

Tarey Vesos
                İnger:
                – Burada uzanmaq necә dә xoşdu, – dedi. – Gәl bir az da
            qalaq.
                Anna әtrafa boylanıb suları, uzaq sahillәri, boz dumana
            bürünmüş dağları gördü. Özünün bu xoş rayihәli bәdәninә hopmuş
            bu günü bütünlüklә ruhunda hiss etdi vә cәld Mattisә sarı dönәndә
            oğlanın ona zillәnәn gözlәrindәki narahatlıqdan karıxıb:
                – Әgәr cәnnәtdә yaşadığından xәbәrsizsәnsә, daha sәnә sö -
            züm yoxdu, – dedi.
                Mattis qeyri-ixtiyari:
                – Cәnnәtdә yaşamaq elә dә asan deyil, – cavab verdi.
                – Bununla nә demәk istәyirsәn?
                – Siz heç nә anlamırsız! Siz qәti mәnim kimi düşünmürsüz…
                Qızların üzlәrinin ifadәsindәn bu mövzuda danışmağa meyilli
            olmadıqları oxunurdu.
                – Biz necә düşünürük ki?
                Mattis:
                – Mәndә nәsә xüsusi bir şey hiss etmisizmi? – soruşdu.
                Rahatlıq tapa bilmәdiyindәn, istәr-istәmәz eyni şeyin üstündә
            fırlana-fırlana qalmışdı.
                Annanın cavabı qәti vә kәskin oldu:
                – Xeyr, Per, biz sәnin haqqında heç nә bilmәk istәmirik, artıq
            bildiklәrimizdәn savayı. Odur ki, sus!
                İnger әlavә etdi:
                – Hә, Per, sussan yaxşıdı!
                Bu, onu susmağa vadar etdi, hәtta içinin dәrinliyindәn qalxan
            sәs dә susdu. Daha Mattisә möhkәm dayanmaq lazım deyildi.
            Onlar qiyamәt qızlar idi.
                Mattis:
                – Hәr şey әladı, – dedi. – Adam susanda artıq-urtuq söz-
            söhbәt dә olmur.
                Ona elә gәldi ki, ağıllı danışdı.
                Qızlar razılıqla başlarını tәrpәtdilәr.
                İndi bu qızlar sanki kövrәk, qәliz vә qarma-qarışıq nәlәrdәnsә
            xilas olub gülüşür, ayaqlarını suya toxundururdular.

                                       230
   225   226   227   228   229   230   231   232   233   234   235