Page 234 - Tarey Vesos_Макет 1
P. 234

Tarey Vesos
                – Mәn hәmişә düz üzürәm… bacardığım yeganә şey budu, –
            Mattis içindәn qәfil çıxan bu sözdәn diksindi, amma xoşbәxtlikdәn,
            yәqin, onun düşünülmәmiş bu son sözlәrini qızlar eşitmәdi.
                – Yaman lovğasan ha! – dedilәr.
                Mattis әvvәl birbaş evlәrinә istiqamәt almışdı. Amma sonra
            ağlına başqa, daha yaxşı fikir gәldi: insanlar olan tәrәfә üzәcәk.
            İstәyirdi ki, onu bu qızların yanında görsünlәr. Belә fürsәti әldәn
            vermәk olmazdı. Qәrara aldı ki, qayığı qәsәbәnin düz mәrkәzi
            olan dükan tәrәfә sürsün. Orada hәmişә qәlәbәlik olurdu, bu
            nadir hadisә mütlәq nәzәrә çarpacaqdı.
                Mәn ora lap şahzadә kimi üzüb gәlәcәm. Qoy hamı görsün.
                – Biz dükan tәrәfә üzürük, – elan etdi. – Ora hәmişә adamla
            dolu olur. Qoy bir bizә baxsınlar.
                Qızlar bir ağızdan:
                – Bizә baxsınlar? Bu, nәyә lazımdı? – tәәccübünü gizlәtmәdi.
                Mattis qızları anlamadı.
                İnger ayaqlarını tәnbәl-tәnbәl suda tәrpәdib:
                – Bu, nә sәfehlikdi belә, Per? – soruşdu.
                – Sәfehlik? – Mattis karıxdı.
                Amma bu vaxt Annanın rәfiqәsinә işarә etdiyini gördü. İnger
            dәrhal sәhvini düzәltdi:
                – Narahat olma, sәn hara desәn, ora da üzәrik.
                Odur ki, Mattisin birbaşa götürdüyü istiqamәt kökündәn
            dәyişdi. İndi yolları insanlarla dolu qәsәbәyә idi. Yaşadıqları bu
            gün başları üstündәki göy üzü kimi sonsuz idi.
                Bütün bunları Xeqeyә danışanda inanmayacaq. Әslindә,
            qızlarla evlәrinә tәrәf üzsәydi dә pis olmazdı. Amma onlarla
            dükanın yanındakı sahildә peyda olmaq lap qiyamәt idi:
                – Lap qiyamәtdi! – ağzından çıxan söz özünә dә mәnasız
            göründü.
                – Per, nәyi nәzәrdә tutursan?
                – Әlbәttә, bu günü! Lap qiyamәt bir gün oldu.
                İndi başındakı fikirlәr, necә lazımdı, oturuşmuşdu.
                – Yaxşı deyirsәn! – qızlar bu qәnaәtә gәldi. Onlar Mattisin
            ağzından çıxan hәr kәlmәni tәriflәyirdilәr.

                                       234
   229   230   231   232   233   234   235   236   237   238   239