Page 235 - Tarey Vesos_Макет 1
P. 235
Quşlar
İnger çoxmәnalı tәrzdә:
– Bu günü sonra da xatırlayacağıq, Per, – dedi.
Bu sözdәn Mattisin ürәyinә nәsә lәkә düşdü: sonra. Demәk,
qızlar çıxıb gedәcәklәr vә bu görüşlәrini haradasa yad bir yerdә
xatırlayacaqlar. Vә bu zaman artıq Mattis onlarla birlikdә ol-
mayacaq. Kaş bu “sonra” heç vaxt olmayaydı. Qızlar diqqәtlә
Mattisә baxırdılar. Anna soruşdu:
– Sәnә nә oldu?
Mattis avarı daha sürәtlә çәkmәyә başladı – bir, iki…
İnger dә belә dәqiqәlәrdә nә demәk lazım olduğunu yaxşı
bilirdi:
– Nә olub ki, Anna? Onda hәr şey qaydasındadı.
Mattis ümidsiz nәzәrlәrlә İngerә baxa-baxa onun çox ağıllı
qız olduğunu düşündü.
Bәli, qızlar, demәk olar, çılpaq olsalar da, Mattis daha çәkin -
mәdәn onlara baxa-baxa qalmışdı. Adada ona mane olan utancaqlıq
harasa qeyb olmuşdu. Onlar sanki köhnәnin dostlarıydı.
Yerindәcә yenidәn:
– İnger vә Anna, – dedi.
Qızlar gözlәyirdilәr.
Artıq bir kәlmә dә demәdi. Elә bu da bәs idi.
Qәsәbәyә sürәtlә yaxınlaşırdılar. Mattis avarlara daha artıq
güc vermişdi. Hansını seçsin: әgәr qayığı lәng sürsә, hәyatının
әn tәntәnәli anları hәlә bir xeyli sürәcәk, tez sürsә, qızlar az
sonra hәyatından yox olub gedәcәk, әvәzindә onu hәmişә mәharәtli
avarçәkәn kimi xatırlayacaqlar. Mattis ikincini seçdi.
– Per, sәn nә әla avar çәkirmişsәn! – qızlar heyran qalmışdı.
Demәli, düzgün seçim etmişdi.
Mattis:
– Onsuz da, lap tez alınmayacaq, – dedi, – amma qızlar bu
sözün dәrininә varmadılar. – Sizin üzünüz sahilә tәrәfdi, oralarda
adam görürsüz?
– Gözә dәyәn yoxdu, amma biz axı hәlә çox uzaqdayıq.
Anna nәsә gördü:
– Oradan bir maşın keçir.
235