Page 240 - Tarey Vesos_Макет 1
P. 240

Tarey Vesos
                Mattis söhbәtinә davam edirdi. Onun bu iki qızla başına
            nәlәr gәlmәmişdi? Xeqe tәmkinlә dinlәsә dә, әlindәki millәrin
            laqeyd hәrәkәti Mattisi әsәbilәşdirirdi. Bacısı bazar günlәri heç
            vaxt toxumazdı, bu gün isә ondan da mühüm bir gün idi. Nәhayәt,
            dözә bilmәdi:
                – Xahiş edirәm, koftanı bir kәnara qoyasan.
                – Niyә?
                – Çünki bu gün elә bazar günü kimi bir şeydi... mәnim üçün.
                Xeqe koftanı dizlәrinin üstә qoyub ona qulaq asmağa başladı.
            Mattis mәhz bu an söhbәtin әsas yerinә çatmışdı. Minnәtdarlıq
            hissiylә bacısına İngerlә Annanın vida sözlәrini tәkrarladı:
                – Onlar: “biz bu gәzintini heç vaxt unutmayacağıq”, dedilәr.
            “Per olmur, Mattis olsun, bunun bizim üçün heç bir fәrqi yoxdu”,
            dedilәr.
                Bәli, İnger vә Anna daha göldә görünmürdü. Amma artıq
            Mattis sanki başqa havayla nәfәs alırdı. O, özünü daha inamlı
            hiss edirdi. Yolla inamlı addımlarla yeriyir, dükana tamam başqa
            cür girirdi. Baş verәnlәrdәn hamının xәbәrdar olduğunu sifәtlәrdәn
            oxuyurdu. İlk altı adam işini görmüş, qalanı da öz-özünә düzәl -
            mişdi.
                İndi dükanda hәr şey başqa cür idi.
                Xırda qutudakı qәhvәni çәkәn dükançı tәrәziyә baxa-baxa
            laqeydcәsinә soruşdu:
                – Bu gün dә göldә idin?
                – Yox.
                İçindә hәr şey sevincә qәrq olsa da, Mattis dә laqeyd vә qısa
            danışırdı. Mühüm şeylәr barәdә belә danışmaq lazımdı. Qoy lap
            bu dükançı onun arxasınca nәsә desin, buna fikir vermәyә
            dәyәrmi? Üstәlik, Mattis daha nabat almırdı. Nәyinә lazım?
            Dükandan qәnd vә qәhvәylә çıxırdı, elә bil meşәnin dәrin bir
            yerindә ağacqıran işlәyirdi.
                Bir dәfә qızların qaldıqları yerdә yaşayanlardan kiminlәsә
            rastlaşanda ürәklәnib İngerlә  Annanın doğrudanmı buradan
            getdiklәrini soruşdu. Hәmin adam cavabında:
                – Hә, gediblәr, – dedi. – Tәtil qurtaran kimi evlәrinә qayıtdılar.
                                       240
   235   236   237   238   239   240   241   242   243   244   245