Page 245 - Tarey Vesos_Макет 1
P. 245
Quşlar
– İldırım ağacı vurub!
Xeqe düymәlәri saya-saya:
– Aha, – dedi.
– Qurumuş ağcaqovaqlardan birini!
Xeqenin tükü dә tәrpәnmәdi:
– Belә de.
Mattis әsәbilәşdi:
– Deyim, eşit, әgәr bu da boş şeydisә, onda, demәk, bu dün -
ya da dolu heç nә yoxdu.
Xeqe fikirlәşmәdәn, elә-belә, sözgәlişi:
– İldırım quru ağacları xoşlayır, – dedi. Sonra әlavә etdi: – Get
yenә bax, bәlkә, başqa ağacları da vurub.
Mattis sanki bu sözә bәnd idi, dәrhal razılaşıb:
– Gedirәm, – dedi.
Bu işi görmәk onun üçün çәtin deyildi.
Evdәn qaçaraq çıxıb ağacların yuxarısını nәzәrdәn keçirmәyә
başladı. Az sonra anladı ki, Xeqe ona kәlәk gәlib. Sadәcә, ildırım
vuran hәmin ağcaqovaqdan danışmaq istәmәdiyindәn onu ağacları
saymağa göndәrib. Amma niyә istәmәyib?
Mattis evә qayıdıb elan etdi:
– Yox, tәkcә onu vurub.
– Lap yaxşı.
Xeqenin bu sözü qәti yerinә düşmürdü.
İldırımın ağcaqovağı vurması Mattisin ürәyinә xal salmışdı.
Hәyәcan içindә evin әtrafını vә yolu dolaşa-dolaşa heç cür bu
tapmacaya cavab tapa bilmirdi.
Bilirdi ki, bu, olum, ya ölüm mәsәlәsidi.
Amma kim üçün?
Xeqedәn artıq heç nә qopara bilmәdi. Bacısı bildiyini demәk
istәmirdi. Başqalarına müraciәt etmәli idi, amma bu fikir heç
xoşuna gәlmirdi. Hәm dә bu mәsәlәdә gәrәk çox diqqәtli olasan.
Amma bu, olum, ya ölüm mәsәlәsiydi vә әgәr Xeqeyә aidiyyәti
yoxuydusa, onda hәdәfdә özü idi.
“İstәdiyin nәdi?” – içindәki ondan soruşdu.
Özünә söz verdi ki, bu haqda düşünmәsin vә kәsib atdı:
mәnim heç vecimә dә deyil!
245