Page 248 - Tarey Vesos_Макет 1
P. 248

Tarey Vesos
                – Hә, mәn dә elә bilirәm.
                Mattis çıxdı.
                Artıq yolda özünü saxlaya bilmәyib ikinci nabatı ağzına
            qoydu. İndi hәr iki ovurdunda nabat var idi vә onun şirәsi dilinә
            yayılırdı – köhnә vaxtlarda olduğu kimi.
                Yolboyu rastına yalnız tanımadığı adamlar çıxırdı. Bomboş
            baxışlarını şütüyüb keçәn maşınlara dikib yolun quru ağcaqovaqlara
            yaxın olan tәrәfindә var-gәl elәyә-elәyә qalmışdı. İş vaxtı, nәhayәt,
            bitdi vә adamlar tarlalardan evlәrinә qayıtmağa başladılar. Bir
            neçә nәfәr Mattisin yanından ötüb-keçdi.  Tanış oğlanı görüb
            yaxınlaşdı. Söhbәtә körpü salmaq üçün sualı da hazır idi.
                – Bu gün nә iş görmüsәn?
                Siftә uğurlu alınmadı, yorğun oğlan qüssәli baxışlarını Mattisә
            dikib kәskin tәrzdә:
                – Bәs sәn özün nә iş görmüsәn? – soruşub yan keçmәk istәdi.
                Mattis diksindi, amma yox, gәrәk bu gün heç kimdәn
            qorxmasın. Qәtiyyәtlә:
                – Sәnlә vacib işim var, – dedi. – Sualı elә-belә, söhbәtә
            körpü salmaq üçün verdim.
                Oğlan Mattisi tanıyırdı, ona görә dә söhbәtin axarını dәyişdi:
                – Dәryazla ot biçmişәm, yığım işi heç dә hamıda bitmәyib. –
            cavab verdi vә yolun kәnarındakı daş oturacağa әylәşdi. – De
            gәlsin, Mattis, mәnә nә sözün var? Tez elә, yorulmuşam, acmışam.
                Mattis ciddi şәkildә:
                – Bunu sәnә necә anlatacağımı, düzü, heç özüm dә bilmirәm, –
            dedi. – Bunu tez-tәlәsik deyib çatdırmaq da olmaz.
                – Onda bir başqa vaxt danışarıq. Olar?
                Cavab әvәzinә Mattis başıyla birini ildırım vurmuş quru
            ağcaqovaqlara işarә elәdi.
                Oğlan tәlәsirdi.
                – Әgәr sözünü tez çatdıra bilmәyәcәksәnsә, yaxşısı budu…
                Mattis:
                – Mәn axı işarә elәyirәm, – deyib cavabıyla oğlanı tәәccüb -
            lәndirdi.
                – Hә, nә olsun?

                                       248
   243   244   245   246   247   248   249   250   251   252   253