Page 246 - Tarey Vesos_Макет 1
P. 246

Tarey Vesos
                Mattis bacısına dükançının yanına getmәyә hazırlaşdığını
            hiss etdirmәk istәdi – indi ora daha tez-tez yollanırdı.
                Sahildәki hәmin o böyük zәfәrdәn sonra Mattis hamının
            gözü qarşısında rahatca dükana girirdi. Әvvәl heç vaxt belә
            inamlı deyildi. Kim bilir, bәlkә, indi hörmәtә minib – zarafat
            deyil, bir cüt qızla bura üzmәyin mükafatını almalıydı, ya yox?
                Bacısından:
                – Bәlkә, bu gün dükana gedim? – soruşdu.
                Üzünü ertәdәn qırxmışdı.
                Xeqe:
                – Sәni elә bil dәyişiblәr, – dedi. – Öz xoşunla dükana getmәk
            istәyirsәn.
                Qoy nә istәyir desin. Axı işin nә yerdә olduğundan xәbәrsizdi,
            bilmir ki, bu, olum, ya ölüm mәsәlәsidi.
                Mattis:
                – Bәs pul? – yazıq-yazıq soruşdu vә elә bil dәrhal boyu da
            kiçildi.
                Bacısı әrzaq pulundan әlavә, özünә dә cibxәrcliyi verdi.
                – Bu da sәnin…
                – Yox, bu gün nabat almayacağam, әgәr sәn onu nәzәrdә tut-
            musansa, – bacısının sözünü ağzında qoydu.
                – Niyә ki? Pulumuz heç dә hәmişәkindәn az deyil.
                Mattis tәhlükәli mövzuya toxunaraq:
                – İldırımın ağacı vurduğu bir vaxtda adam gәrәk nabat barәdә
            düşünmәsin, – dedi.
                Amma Xeqenin bu mәsәlәyә elә bil heç bir aidiyyәti yox idi.
                – Biri o birinә mane olmur, – deyib Mattisi hәtta bu sәfeh
            fikriylә qorxutdu.
                – Amma axı bu, nabatdan xeyli vacib mәsәlәdi. Doğrudanmı
            sәnә çatmır?
                Xeqenin sifәtinin ifadәsi azca da dәyişmәdi:
                – Hәr halda, bu on ereni  götür, hәmişә aldığın nabat üçün.
                Mattis hәyәcanla bacısına:
                – Özünü qoru! – dedi vә dәmir pulu qaytarıb zәruri bazarlıq
            üçün tәlәb olunan qәdәr alaraq, Xeqe onu daha hansısa sözlәrlә
            qorxutmasın deyә evdәn çıxmağa tәlәsdi.
                                       246
   241   242   243   244   245   246   247   248   249   250   251