Page 251 - Tarey Vesos_Макет 1
P. 251
Quşlar
– Güllәylә vurulan o quş yadındadımı?
– Hә.
– Amma mәsәlә heç dә onda deyil.
Xeqe susub gözlәyirdi.
Mattis çoxmәnalı tәrzdә:
– Mәn deyәnlәr ikimizdәn birinә aiddi, – dedi.
Xeqe düşünmәdәn:
– Hәr nәdisә, yaxşı olacaq, – dedi vә әlavә etdi: – Nәsә son
vaxtlar yaman çox fikirlәşirsәn. Sәni heç tanımaq olmur.
Bu iraddan Mattisin eyni açıldı. Xeqe istәyәndә onu sevindirә
bilirdi. Bu sevincindәn tәklikdә hәzz almaq üçün çıxıb gәzişmәk
istәdi.
Vә tәk-tәkinә gәzişәn vaxt qәflәtәn canını qorxu bürüdü:
“gör ha, heç bu tәrәfi ağlıma gәlmәyib!” Öz-özünә: “Әgәr hәmin
quş Xeqedisә, – deyib fikrini davam etdirdi – onda mәni nә
gözlәyir?”
Bu haqda heç düşünmәmişәm.
Ha tәrәfә çevirirsәn, pis görünür.
Tez-tәlәsik bu qara fikirlәri özündәn qovdu. Xeqenin yanına
qayıdıb:
– Gәl daha belә söhbәtlәr elәmәyәk, – dedi.
Xeqe razılaşdı:
– Mәn dә bu fikirdәyәm.
27
Mattis öz qayığını yamadı, kәpitkәlәdi – artıq onunla üzә
bilәrdi. Bu yay balıq tutmaq üçün gölә çox çıxdı: bәzәn qarmağına
bir-iki xırda-mırda balıq keçsә dә, işi, әsasәn, sadәcә iri göldә
üzәrәk, bu vaxtacan görmәdiyi sahillәrlә tanış olmaqdan ibarәt
idi. Avar çәkmәk onda pis alınmırdı, çünki fikri heç bir maneәsiz-
filansız, birbaşa әlindәki avarlara köklәnirdi.
Bu yay göldә nәsә dәyişmişdi. Düzdü, İnger vә Anna daha
onun üzәrindә görünmürdü. Onlarla rastlaşacağına ümid dә yox
251