Page 255 - Tarey Vesos_Макет 1
P. 255
Quşlar
onların hәyәcanla döyünәn ürәklәri dә get-gedә sakitlәşirdi.
Mattisi susduran burada, tәpәciyin üstündә ağlına onu bura
gәtirәn fikirlәrdәn daha xoş olan yeni fikirlәrin gәlmәsiydi:
– Әgәr sәn qız olsaydın, – içindәn çıxan bu sözü dәrhal
boğdu.
Sәfehliyә bir bax! Sәn qızsan da. Demәk istәyirdim, başqa
qız olsaydın.
Xeqe onun sözünü ağzında qoyub:
– Daha bәsdi, – dedi. – Bu gün sәnә nә olub? Sakitlәş.
Xeqeyә elә gәldi ki, Mattis artıq әzablardan xilas olub. Odur
ki, istәr-istәmәz yenidәn özünün adi giley-güzarlı vә nәsihәtamiz
sözlәrinә qayıtmaq istәdi. Amma Mattis imkan vermәdi. Qız
barәdә dediyi fikirlәri yaddan çıxarmaq üçün:
– Amma yaman qorxdun ha, – dedi. – Hәtta mәnә baxmağa
da ürәk elәmirdin.
– Qorxdum? Sәndәn? Mәn pişikdәn daha çox qorxuram,
nәinki sәndәn. Özün dә bunu әla bilirsәn. Gәl burada oturub
bütün әzabları unudaq.
Xeqe sәrt vә hökmlü idi. Әlavә etdi:
– Mattis, sәnә peşmançılıq hiss keçirmәk-zad lazım deyil.
Bu hissi qoy başqaları keçirsin.
Mattis canında nәsә bir yüngüllük hiss etdi. Әgәr bu dünyada
bir ağıllı varsa, o da Xeqedi. Heç kim insanın üzәrindәn ağırlığı
onun kimi götürә bilmәz. Mattis minnәtdarlıqla:
– Xeqe, necә dә yaxşıdı, – dedi vә әlavә etdi: – Burada,
tәpәciyin üstündә.
Mattislә razılaşdığı Xeqenin dә baxışlarından hiss olundu.
Mattis:
– Biz bura yenә gәlәrik, – dillәndi.
Amma tәpәciyә daha ehtiyac qalmamışdı. Vә sәrt Xeqe:
– Qalx, yolumuza davam edәk, – dedi.
Bacısı özünü nәsә qәribә aparırdı: evә, öz koftalarının yanına
qayıtmaq әvәzinә belә bir tәklif etdi:
– Bütün bu olanlardan sonra bir az dincәlmәk lazımdı. Hәr
ikimiz yetәrincә yorulmuşuq.
255