Page 259 - Tarey Vesos_Макет 1
P. 259
Quşlar
– Bәs yer olmasa?
Xeqe cavabında:
– Onda ürәyin harayla istәyir, qayığını orayla da sür, – dedi
vә bu, Mattisin xoşuna gәldi.
Qapıdan çıxanda, adәtәn, belә vәziyyәtlәrdә deyilәn sözü
dilinә gәtirdi:
– Axşama qayıdacam.
Xeqe başını tәrpәtdi.
Hәr şey qaydasında idi.
Mattis qayığa minib avarlarını hazır saxladı. İndi ona yalnız
gözlәmәk qalırdı.
O biri sahildә bu tәrәfә keçmәk istәyәn yox idi. Amma o, hәr
iki sahili nәzarәtindә saxlamalıydı. Odur ki, az sonra gölün
ortasına üzdü. Adam daşınması üçün dәqiq vaxt yox idi vә Mattis
qayığını tәmirdәn sonra yoxlamaq istәyirdi. Durub-durduğu yerdә
onun üçün daimi işin yaranması qiyamәt idi! Bu, yad tarlalarda
alçalmağın, zirәk vә ağıllılarla birlikdә gördüyü gücü xaricindә
olan işin sonu demәk idi. Belini arxaya verәrәk vә avarı çәkә-
çәkә “bax bu iş mәnlikdi”, düşünürdü. Tәzә qayıq üçün pul
qazanan kimi bu zәhrimara qalmışı tullayacaqdı. Qayığı nә qәdәr
yaxşı olsa, müştәrisi dә bir o qәdәr çox olacaqdı. Ola bilsin, onda
ürәkdәn daşımaq istәdiklәri dә gәlib çıxacaqdı.
Avarı dürüst çәkirdi. Fikirlәri qaydasında idi. Düşünürdü ki,
anadangәlmә qayıqçıdı. Kim bilir, nә qәdәr vaxtını boşa vermişdi.
O biri sahilә üzüb, orada gözlәsә yaxşıdı.
Amma göyümtül tәpәli sahilә çıxanda gözünә ins-cins dәymәdi.
Burada qәribә bir şey yox idi, axı bu, onun ilk iş günüydü.
İnsanlar göldә qayıqçı olduğunu bilәndә işlәr tamam ayrı cür
gedәcәkdi.
Mattis aramla meşәli sahil boyu üzüb hansısa yolun suya
çıxıb-çıxmadığına baxırdı. Yox, gözә bir şey dәymir. Neynәk,
yolda adam axtarmağa ehtiyac yoxdu, әsas mәsәlә qayıqla göldә
gәzmәkdi. Xeqe dedi ki, qayıqçı gәrәk gözlәmәyi bacarsın.
Mattis hәvәsdәn düşmürdü, arxası üstә qayığa uzanıb sifәtini
günә verirdi. Qayıqdan xoş, kәskin iy gәlirdi – dünәn bütün
259