Page 258 - Tarey Vesos_Макет 1
P. 258
Tarey Vesos
Mattis yalnız çәkiclә barmağını yaralayandan sonra işi
dayandırdı – qaranlıqda mismarla barmağını dәyişik salmışdı.
Tәpәylә qalxa-qalxa düşünürdü ki, valdşnep daşın altında
olsa da, hәr halda, bu yay onun üçün heç dә pis yay deyil.
ÜÇÜNCÜ HİSSӘ
28
Bu gündәn qayıqçıdır. Mattis üçün bu, xoş fikir idi.
Şüşә kimi hamar göl onu gözlәyirdi.
Görünür, Xeqe onun qayıqçı olmasını çoxdan düşünmüşdü
vә bu gözlәnilmәz xәbәri ona yalnız indi demәk istәmişdi. Mattis
ürәyinin dәrinliyindә bacısının bu tәklifini anlayırdı: onun bütün
günü işsiz-gücsüz qalmasından bezmişdi, hәrdәn, az da olsa,
ondan canını qurtarmaq istәmişdi, vәssalam. Amma Mattis bu
tәklif üçün Xeqeyә elә minnәtdar idi ki, xırdalıqlara varmaq
istәmirdi.
Bacısı çörәk tikәlәrinin üstünә yağ sürtüb kağıza bükdü vә
ona verdi.
– Hamısı mәnimdi?
– Hә. Sәn bütün günü evdә olmayacaqsan axı, elәmi? Yoxsa
tezcә dә qayıtmaq fikrindәsәn?
– Yox, yox! – bacısına söz verdi.
Xeqe ona әsl qayıqçıların işinin nәdәn ibarәt olduğunu izah
etdi.
– Hәtta sahilin o başından dәrhal sәslәyәn-filan olmasa belә,
qayıqçı gәrәk sәbirlә gözlәmәyi bacarsın.
Mattis ona baxanda bacısı nәsә qәflәtәn tutulan kimi oldu.
Yox, hәr halda, bu iş Xeqenin ürәyincә deyildi.
Mattis artıq yola çıxmağa hazır vәziyyәtdә:
– Olarmı mәn әn dar yerlәrlә üzüm? – soruşdu.
– Mәncә, olar.
258