Page 261 - Tarey Vesos_Макет 1
P. 261

Quşlar
             Çağırırlar?
             Birinci iş günümdü, amma mәni artıq çağırırlar! Gör o
          qışqıran kimdi elә, sәsi gölün o başından gәlir? Hәtta adamı
          vahimә basır. Yox, bu ki Xeqedi…
             Giclәmә.
             Yaxşı ki hava hәlә işıqlıdı. Amma sәrnişin daşıyan gecәlәr dә
          işlәmәlidi axı. Onu, günün günortasında olduğu kimi, gecәnin
          bir alәmindә dә eynilә belә çağıra bilәrlәr.
             Hәr nәsә, daha onu sәslәmәdilәr. Mattis avarı var gücüylә
          çәkirdi vә istidәn tәrlәmişdi. Amma bunun elә bir әhәmiyyәti
          yox idi. Bu iş ürәyincә vә imkanı daxilindәydi. Әsas da elә bu
          idi. Düşüncәlәri avar çәkmәsinә mane olmurdu.
             Amma sahil bomboş idi – nә adam vardı, nә dә başqa bir şey.
          Qәrb tәrәfdәki maili tәpәlәri düz başınacan meşәlik örtmüşdü.
          Buralarda ev-zad gözә dәymirdi, olan yalnız ağac idi. Nә hәyat,
          nә insan vardı, olan yalnız әzәmәtli yüksәklik idi.
             Bәs onda onu çağıran kimdi?
             Aydın mәsәlәdi ki, heç kim. Belә mәsafәdәn sәsmi eşidilәr?
          Mattis qәtiyyәtlә özünә tәlqin etdi.  Amma әslindә, axı belә
          olmamalıdı. Özünü әsl qayıqçı hesab etdiyindәn, indicә tәpәdә
          kiminsә görünәcәyinә şübhәsi yox idi. Qayıqçının yoluna kimlәr
          çıxmır ki! Amma tәpә boş idi. Bәs onda orada ucadan çağıran
          kim idi? Çәtin ki, adi adamdan belә sәs çıxa!
             Bәlkә, qayıqçı öz gәlişini xәbәr elәmәlidi? Mattis qalxıb
          qayığın içindәn çәkinә-çәkinә sәslәndi:
             – Ey! – hәr şey qaydasında idi.
             Amma cavab yalnız әks-sәda oldu, vәssalam.
             Mattis özündә xeyli sirlәri gizlәyәn kor-kar tәpәlәrә müraciәtlә:
             – Mәn buradayam! – qışqırdı.
             Sahilә çıxan olmadı. Buralarda kiminsә qayıqçıya ehtiyacı
          yox idi.
             Mattis düşündü ki, burada vәziyyәt nәsә başqa cürdü.
             Bu, istәdiyi kimi deyildi.
             Xeqe demişdi ki, xeyli gözlәmәk lazım gәlәcәk. Özünә ürәk-
          dirәk verdi. Amma axı mәni kimsә çağırdı. Qәti әmin idi!

                                    261
   256   257   258   259   260   261   262   263   264   265   266