Page 260 - Tarey Vesos_Макет 1
P. 260
Tarey Vesos
dәlmә-deşiklәrә qapqara kәpitkә tıxamışdı. Sahildә gündәn
qızmış daşlardan da iy gәlirdi vә bu, tamam ayrı bir qoxuydu.
Mattis lәzzәtlә gәrnәşdi.
İşә bir bax, burada uzanıb kefә baxıram, hәm dә elә çıxır ki,
iş görürәm.
Ona gülmәli gәldi.
Xeyli uzanıb qalsa da, gәlib çıxan olmadı. Odur ki, qayığı
tәrpәdib öz sahilinә tәrәf üzdü. Kim bilir, bәlkә dә, bu müddәt
әrzindә kimsә orada peyda olub, indi onu gözlәyirdi. Bәlkә,
adamlar mәsәlәdәn artıq xәbәr tutublar, ya da onun o biri sahilә
düz istiqamәtlә üzdüyünü görüblәr?
Qayıqçılıq asan iş deyildi: gәrәk özünü eyni vaxtda hәm ora,
hәm dә bura çatdıra bilәsәn. Maraqlıdı, görәn, bu işin öhdәsindәn
gәlә bilәcәkmi?
“Qayıqçı” sözünü dilinә gәtirmәkdәn hәzz alırdı. O, qayıqçı
idi vә bu, әzәmәtli sәslәnirdi. İnanmıram ki, bütün bu göl uzunu
öz qayığını mәnim kimi birbaşa sürә bilәn adam olsun. Bundan
yaxşı sürmәk, sadәcә, mümkün deyil. Heyif, qayığın izi suda
qalmır. Amma kaş bir neçә gün qalaydı!
Mattis öz sahilinә qayıtdı. Burada da onu gözlәyәn yox idi.
İşi buraxıb beş dәqiqәliyә Xeqenin yanına getmәk istәdi, amma
özünü saxladı. Qarnını doyurmaq üçün mәsuliyyәt hissiylә sahilә
çıxdı. Daha Xeqe onu danlaya bilmәyәcәk. O daha bacısına yük
olmayacaq. Mattis sahildә uzanıb öz yağ-çörәyini yeyirdi.
Ey!
Mattis qulaq asdı.
Әslindә, qulağı bayaqdan sәsdәydi vә hәyәcanlıydı. Deyәsәn,
qәrb tәrәfdәki tәpәlәrdәn kimsә onu hayladı. Yaxşı eşitmәk üçün
tikәsini ağzında saxladı. Vә ovurdları şişmiş halda xeyli müddәt
sükutu dinlәdi. Yox, bu uzunluqda mәsafәdәn sәsmi eşidilәr?
Amma hәr halda, kimsә onu oradan haylamışdı.
Mattis tez-tәlәsik sәsә tәrәf üzdü. Bәlkә, onu çağıran tanışlardan
biriydi. Mәsәlәn, Xeqe – düzdü, әgәr indi hәmin o sahildәdisә.
Dәqiqdi, bu, Xeqedi… mızıldandı vә dәrhal avarlarla qayığı
saxladı.
260