Page 266 - Tarey Vesos_Макет 1
P. 266

Tarey Vesos
                Mattis avarların üstünә әyildi. İndi bu yad adamı yaxşı görә
            bilirdi. Danışığından uzaq yerlәrin adamına oxşayırdı.  Yәqin,
            Mattis yaşda, ya da bir az ondan böyük olardı. Nә qәşәng idi, nә
            dә kifir – heç birindәn. Adi geyimdәydi. Hәr şey qaydasındadı vә
            dәrhal aydın görünür ki, o da hamı kimi qüvvәtli vә ağıllıdı.
            Mattis avarları çәkә-çәkә qәribә bir sevinc içindәydi. Ondan:
                – Neçә yaşın var? – soruşdu.
                – Qırx üç, nәdi ki?
                – Heç, elә-belә.
                Mattis öz yaşını da demәk istәdi, amma yad adam ağzını
            açan kimi özünü saxladı. Yad adam qәflәtәn artıq suyun içindә
            olan torbanı çәkib hirslә:
                – Lәnәt şeytana, – dedi, – qayıq su buraxır ki.
                Mattis qayığın dәlmә-deşiklәrini yamasa da, bir nәfәrә ancaq
            dözәrdi, iki nәfәrin ağırlığı işlәri korlamışdı.
                Özünә bәraәt qazandırmağa cürәt etmәdi. Qayıq su buraxırdı
            vә bu ağıllı onun yiyәsini tәnbeh etmәkdәn vaz keçmәyәcәkdi.
            Mattis çaşıb qalmışdı, bilmirdi, nә desin:
                – Bayaq yol olmayan tәrәfә çıxmışdın, demәk, azmışdın, elә -
            mi?
                Yad adam bura necә gәldiyini artıq ona danışmışdı. Hәr
            halda, susmadı vә istehzayla cavab verdi:
                – Birbaşa qayıqçının üstünә gәlib çıxmışamsa, necә aza bilә -
            rәm?
                Ağıllı olmaq bax budu. Yad adam әlavә etdi:
                – Çanağın, ya başqa nәyinsә var? Yoxsa sahilә çıxa bilmә yә -
            cәyik.
                Mattis sıxıntı keçirdi. Hә, bu qayıq heç nәyә yaramırdı. Mat -
            tis çanağı yad adama uzatdı vә o, dilxor halda qayıqdakı suyu
            boşaltmağa başladı. Mattis yorulmuşdu, avarlar da әlindә ağır -
            laşmışdı, amma qayığı düz istiqamәtlәndirә bilirdi.
                Sahilә artıq az qalmışdı. Yad adam uzun çәkәn sükutu pozdu:
                – Bәlkә, sәn buralarda gecәlәmәk üçün bir yer tanıyırsan?
            Ancaq yaxın olsun, yorulmuşam, çox getmәyә halım yoxdu.
                Bu sanki avarı çox lәng çәkәn Mattisә bir irad idi. Xәcalәt
            çәkә-çәkә cavab verdi:
                                       266
   261   262   263   264   265   266   267   268   269   270   271