Page 253 - Tarey Vesos_Макет 1
P. 253
Quşlar
– Yox, biz burada dayana bilmәrik, – dedi. – Gәrәk uzağa,
çox uzağa gedәk.
Xeqenin tükü dә tәrpәnmәdi:
– Biz elә dayanıb-durduğumuz yerdәcә yola çıxa bilmәrik, –
dedi. – Әvvәl gәrәk yol üçün yemәk, başqa şeylәr hazırlayaq.
– Necә yәni?
Bacısının bu sakitliyindәn heyrәtlәndi.
– Әgәr uzağa gediriksә, gәrәk hazırlıq görәk, – dedi.
Elә danışırdı ki, elә bil onların birlikdә harasa getmәsindә
qeyri-adi heç nә yox idi. Hәyәcandan bacısına inandı. Sonra başa
düşdü ki, bunu tәklif elәmәyin özü belә sәfehlikdi.
Mattis yalvardı:
– Әgәr başqa cür mümkün deyilsә, heç olmasa, bir az irәli
gedәk! Başqa cür mümkün deyilsә, elә bura, bu yaxına!..
Xeqe yenә müqavimәt göstәrmәyib dәrhal razılaşdı:
– Getdik.
Mattis vicdan әzabı çәkirdi.
– Mәnim sәnә nә dediyimi hәlә bilmirsәn, – dedi. – Bu, çox
tәhlükәlidi. Hәyatını qorumaq üçün gәrәk ehtiyatlı olasan.
Xeqe qeyri-ixtiyari diksindi:
– Tanrı xatirinә, sus. Nәsә bu gün özündә deyilsәn. Biz
sәninlә hәlә çox yaşayacağıq, birlikdә – sәnlә mәn.
Mattis güclә:
– İş-işdәn keçib axı, – dedi. – Amma bunu sәnә deyә
bilmәrәm.
Xeqe heç vaxt onu belә aciz görmәmişdi. Bu dәfә artıq özü
onun әlindәn tutdu.
– Gedәk dә, – dedi. – Mәn sәninlәyәm. Belә dayanma.
Düşünmәdәn cığırla, göllә yolun arasındakı küknarlığa tәrәf
getdilәr.
Amma Mattis hәmin söhbәtә davam etmәli, nәyin әzabını
çәkdiyini bacısına izah etmәliydi.
Günah mәndәdi, amma bunu sәnә danışa bilmәrәm. Düz
deyirәm, inan mәnә.
Xeqe onu sakitlәşdirib:
253