Page 252 - Tarey Vesos_Макет 1
P. 252

Tarey Vesos
            idi… Amma hәr halda, kim bilir, nәdәn axı hәmin qızlar hansısa
            körfәzdәn üzüb bura gәlmәsinlәr? Ya da hansısa burundan? Artıq
            bir şey lazım da deyildi, tәkcә görünsünlәr, vәssalam.
                Mattis lap uzaqlara üzürdü ki, onu görә bilsinlәr.
                Amma qızlar görünmürdülәr.
                Evdә Xeqenin qarşısını kәsib dayandı.
                – Sәn dә әvvәlki kimi deyilsәn?
                Bacısı cavab vermәsә dә, Mattis gördü ki, sözlәri xoşuna
            gәlib.
                – Sәncә, dәyişmәliyәm? – nәhayәt, Xeqe dillәndi.
                Mattis gözünü ondan çәkmәdәn:
                – Kim bilir, – cavab verdi. – Belә görünür, dәyişmәlisәn.
            Olar, sәnin gözlәrinә baxım?
                Xeqe icazә vermәdi. Nәdәn ehtiyatlanırdı? Mattisi qorxu
            bürüdü. Bәlkә, o әlamәt özünә aid idi?
                – Bircә mәni atıb getmә! – yalvardı.
                Bacısı yalnız indi başını qaldırdı.
                – Yox, Mattis, mәn sәni atmaram. Axı istәsәydim, çoxdan
            bunu etmişdim.
                Adәtәn, onu sakitlәşdirmәk üçün bu, kifayәt elәyirdi, amma
            bu gün hәr şey fәrqliydi. Mattis özünә yer tapa bilmirdi. Üstәlik
            dә, bu toxuma işi:
                – Toxumağını, heç olmasa, bir dәqiqә kәnara qoy!
                Koftanı qamarlayıb stolun üstünә atdı. Sonra Xeqenin әlindәn
            tutdu. Bacısının gözündә qorxu var idi:
                – Sәnә nә oldu?
                – Bircә mәni atıb getmә!
                Başında qarışıq fikirlәr dolaşdı: ildırım Xeqenin ağacını
            vurub. Mattis hәyatını xilas etmәk üçün özü bu hökmü vermişdi.
            Ola bilsin, buna görә dә Xeqe indi tәhlükәdәdi, ölә bilәr. Bacısının
            әlindәn tutub qalxmağa mәcbur etdi. Xeqe müqavimәt göstәrmәdi,
            sanki bu partlayışın gec-tez mütlәq baş verәcәyini anlamışdı.
                – Gedәk!
                Xeqe onunla getdi.
                Hәyәtdә tәşvişlә vә ürәksiz halda bacısına:

                                       252
   247   248   249   250   251   252   253   254   255   256   257