Page 250 - Tarey Vesos_Макет 1
P. 250
Tarey Vesos
– Di yaxşı, evә getmәliyәm, – dedi. – Sabah yenә biçindәyәm,
mәni anlayırsan da.
Amma nәfsi Mattisә üstün gәldi: axı tapmacanın cavabı
açılmaq üzrәydi. Başqa istiqamәtdәn hücuma keçmәk istәdi:
– Bu ağacları adlarıyla mәnә göstәrә bilәrsәn? – soruşdu.
– Bilmirәm, – oğlan ardınca gәlәcәk sualların qarşısını almaq
üçün qәtiyyәtlә dedi.
Vә çıxıb getdi.
Mattis heç nәyin cavabını ala bilmәdәn yolda tәk-tәnha
dayanıb qalmışdı, üstәlik, bayaq ağzından çıxardığı sözün әzabını
da yaşayırdı. Bununla da bu mәsәlәni aydınlaşdırmaq istәyinә
son verdi.
26
Mattis ürәyinin dәrinliyindә әmin idi ki, xәbәrdarlıq Xeqeyә
aiddi – ildırım onun ağcaqovağını vurub. Axı Xeqe yaşca da
böyük idi, başqa şeylәrә görә dә… Bu fikrin beynindәn çıxmadığını
özünә etiraf etmәk istәmirdi. Yox, yox, bu haqda düşünәn o yox,
hansısa yaramazın biriydi.
Xeqeyә:
– İndi biz sәninlә hansısa bir mәchulluqda yaşayırıq, – dedi.
– Bu sözünü necә başa düşәk?
Birgә hәyatları boyu bacısı bu sualı ona vermәyә öyrәncәli
olmuşdu.
– İzah edә bilmәrәm, amma bu, dәhşәtdi, – cavab verdi. –
Mәn mәchulluq deyәndә nәsә çox pis bir şeyi nәzәrdә tutmuşdum.
Xeqe qardaşını sakitlәşdirib:
– Qorxma, hәmişәki kimi, yenә hәr şey yoluna düşәcәk, –
dedi. – Şükür ki, sifarişlәrim dә artıb, heç işi çatdıra bilmirәm.
Hә, Mattis başa düşdü: Xeqe çörәk barәdә düşünürdü.
– Sәn qarnımızı fikirlәşirsәn?
– Әlbәttә, fikirlәşmәliyәm.
Mattis çaşqınlıq içindәydi. Ona elә gәlirdi ki, Xeqeni gözlәyәn
tәhlükәni qabaqcadan hiss edir. Bacısını qorumalıydı.
250