Page 254 - Tarey Vesos_Макет 1
P. 254

Tarey Vesos
                – Neynәk, qoy belә olsun, – dedi. – Mәn heç nә bilmәk
            istәmirәm. Hesab elә ki, hәr şey qaydasındadı.  Aydın oldu?
            Bununla da söhbәti bitirәk.
                – Doğrudan? – Mattis sevindi.
                Addımları yeyin idi, elә bil harasa tәlәsirdilәr. Mattisi tәlәsdirәn
            içindәki günah hissiydi, Xeqe onunla güclә ayaqlaşırdı. Onlar
            Mattisin valdşneplә quş dilindә yazışdığı gölmәçәnin yanından
            keçdilәr. Mattis bu әhvalatı bir kәlmәylә dә xatırlatmadı. Xeqe
            onların bu yazışmasına şәkk gәtirsәydi, hәr şey korlanacaqdı.
                Gölmәçәni arxada qoyub meşәyә girdilәr. Burada artıq ot
            bitmirdi, torpağın çılpaqlığını örtәn yalnız mamır vә iynәyarpaqlı
            ağacların yerә tökülәn xırda budaqları idi.
                Xeqe burada hökm sürәn sükutu hiss edib dayanmağı xahiş
            etdi.
                Mattis, nәhayәt, ayaq saxladı vә bu füsunkar sükutu dәrhal
            bütün canıyla hiss etdi.
                – Biz hardayıq? – çaşqın halda soruşdu.
                Xeqe tәmkinlә:
                – Evin yaxınlığında, öz meşәmizdә, – dedi. – Mәgәr buraları
            tanımırsan?
                O, heç buralara baxmadı da. Әvәzindә:
                – Mәnә ağırdı, – dedi. – Bir mәsәlә mәni çox üzür.
                – Mattis, indicә dediyimi eşitmәdin? Hәr şey qaydasındadı.
            Gәl bu söhbәti bağlayaq.
                – Hә, amma…
                – Artıq bir kәlmә dә. Sәnә dedim axı, hәr şey qaydasındadı.
                – Amma belә deyil. – Mattis inad elәdi.
                – Gәl bu tәpәciyin üstündә otur! – qәflәtәn bacısı dedi.
                Xeqe çaşqınlıq içindәydi. Onlar indi üstünü mamır örtmüş
            yumru bir tәpәciyin yanında idilәr.
                Mattis itaәtlә oturdu. Bir halda ki Xeqe belә istәyir, belә dә
            etmәliydi.
                Bacısı da onunla yanaşı oturdu vә nәfәsini güclә dәrәrәk:
                – Sәn mәni lap dәli elәdin, – dedi.
                Mattis cavab vermәdi, nәsә kirimişdi. Bacı vә qardaş xırda
            mamırlı tәpәcikdә oturmuşdu. Meşәdә sәs-sәmir yox idi vә
                                       254
   249   250   251   252   253   254   255   256   257   258   259