Page 244 - Tarey Vesos_Макет 1
P. 244
Tarey Vesos
Mattis:
– İşıq saçan alovun içindәn keçә-keçә, – dedi vә yağışdan
islanmış sifәti sanki parladı. Qәfil yenidәn cәsarәtli olmuşdu.
25
Vahimәli havadan sonra Mattis özünә gәlib, hәmişә olduğu
kimi, kәşfiyyata çıxdı. Tәpәlәrin üstü ilә ağ köpüklü su şırımları
axırdı. Bu dәfә çox uzağa gedә bilmәdi, yerindәcә daş kimi
donub-qaldı.
Bu, nә idi?
Mattis–Xeqe ağcaqovaqlarından yalnız biri aydın sәmaya
baxırdı, o birini ildırım vurmuşdu vә aşağıda – gövdәsindә
ağappaq yarası görünürdü. Ağac tamam yanmamışdı, yağış odunu
söndürmüşdü.
Burada ölüm gәzmişdi.
Mattis xeyli dayanıb-durdu. Deyәsәn, bu… bu, xәbәrdarlıqdı!
Amma ikisindәn hansına aid idi? Ağcaqovaqlardan hansı Mattis,
hansı Xeqe idi?
Әvvәl bacısını çağırmaq istәdi, sonra fikrini dәyişdi. Bәlkә,
Xeqe bu ağcaqovaqlardan hansının özü olduğunu bilir?
Yox, bunu ona demәk olmaz. İldırımın onlardan hansını
vurduğunu öyrәnmәliydi. Amma bu mәsәlәdә birlik lazım idi.
Sakitcә Xeqenin yanına qayıtdı.
– Elә o vaxtdan oturub toxuyursan?
Xeqe qısaca:
– Hә, – dedi.
Söhbәtin hansı vaxtdan getdiyi mәlum idi.
– Bu, pis dә qurtara bilәrdi.
– Nә sәbәbә?
Mattis sanki hökm çıxarırmış kimi qәtiyyәtlә:
– İldırım düz çәpәrin yanını vurub.
Xeqe razılaşdı:
– Hә, bir zәrbә lap güclü idi.
244