Page 239 - Tarey Vesos_Макет 1
P. 239

Quşlar
             Mattis gözünü dә qırpmadan:
             – Ola bilәr, – cavab verdi.
             Mattis buna inanırdı. O, bu sözlәri deyәndә sanki olacaqlar
          gercәklәşdi. Doğrudan da, mәgәr bu, tәkrarlana bilmәz?
             Oğlana üzünü tutub:
             – Bu gün nәlәr olmadı, – dedi.
             Kimsә güldü, amma sataşmaq mәqsәdilә yox. Hәr halda,
          Mattis bu gülüşdә heç bir pis niyyәt sezmәdi. O, qayığını artıq
          körpüyә bağlamışdı vә çıxıb gedә bilәrdi. Buradakılar onun
          dostlarıydı, yaxşı adamlar idi, onu satmamışdılar. Evә, Xeqenin
          yanına olan yolboyu elә bil addımlamırdı, qanad açıb uçurdu.
          Amma gözlәri hәlә dә göldә ilişib-qalmışdı: uzaqda görünәn
          qayıq get-gedә daha da balacalaşırdı.
             Әlvida!



                                     23

             Evә yaxınlaşanda içinin tәlatümü bir qәdәr – bütün baş
          verәnlәri sakitcә danışa bilmәsi hәddinәcәn avazımışdı. Onu
          xoşbәxt edәn qayıq gölün sonsuzluğunda yox olmuşdu. Vә Mattis
          anlayırdı ki, hәmişәlik yox olmuşdu. Qızlar gedәcәk vә onları bir
          dә heç vaxt görmәyәcәkdi.
             Bununla belә, bu gözәl vә mühüm hadisә onun hәyatında
          gerçәkdәn baş vermişdi. Bu hadisәni bacısına bәzәk-düzәksiz
          danışırdı – bu dәfә olanlar özü kifayәt idi. Xeqe onu dinlәyә-
          dinlәyә elә bil toxumağıyla hәmişәkindәn daha artıq mәşğul idi.
          Hәrdәn-hәrdәn cavabında nәsә anlaşılmaz sözlәr deyirdi.
             Mattis:
             – Sәn mәnә qulaq asmırsan? – soruşdu. – Demәliyәm ki,
          belә hadisә hәr gün olmur.
             – Әlbәttә, – bacısı cavab verdi. – Mәn sәnin hәr kәlmәni
          diqqәtlә dinlәyirәm, istәsәn, tәkrarlaya da bilәrәm.
             Bu an Mattis hәtta qızları bir daha görmәyәcәyinin kәdәrini
          dә hiss etmirdi: bu görüşün mәhz tәkrarsızlığı ona xüsusi bir
          parıltı vermişdi.
                                    239
   234   235   236   237   238   239   240   241   242   243   244