Page 237 - Tarey Vesos_Макет 1
P. 237

Quşlar
             Mattisin yedәkdә gәlәn qayığına azca su yığılmışdı deyә indi
          avarlar daha ağır çәkilirdi. Bununla belә, o, sürәti azaltmadan
          qayığı sahilәcәn sürüb gәtirә bildi. Ona baxanların ağlına gәlmәzdi
          ki, gücü tükәnmәk üzrәdi.  Yeri gәlmişkәn, indi duyduğu bu
          sevincdәn vә coşqudan yenidәn qollarına qüvvәt gәlmişdi.
             Sahildә adam o qәdәr dә çox deyildi. Beş-altı nәfәr – artıq
          olmazdı. Amma sonra nә qәdәr insan bu altı nәfәrdәn hәr şeyi
          öyrәnib bilәcәkdi! Bax әsas da elә budu. Altı üstәgәl altı, altı
          üstәgәl altı, altı üstәgәl altı… Bu, dәqiq idi.
             Mattis son hәrәkәtlәrinin necә olacağını da düşünmәyә imkan
          tapmışdı, indi yalnız bunu hәyata keçirmәk qalırdı. Qayıq
          dayananda ayağa qalxıb belini dikәltdi vә avarları sәliqәylә
          qayığa qoydu.
             Tәmkinlә vә hamı eşitsin deyә kifayәt qәdәr ucadan:
             – Hә, qızlar, indi mәnim yerimi tuta bilәrsiz, – dedi. – Artıq
          gәlib çatmışıq.
             – Özlәri kor deyil, – hansısa oğlan uşağının kobud sәsi gәldi,
          amma kimsә dәrhal onun sәsini kәsdi.
             – Mumla…
             Mattis qızlara sarı dönüb:
             – Bircә mәnim qayığımı yedәkdәn açmaq qaldı, – әlavә etdi.
             Qızlar elә hey gülüşürdülәr.
             Sahildәkilәr bu sәrbәst, inamlı qızların qarşısında özlәrini
          yığışdırmağı lazım bildilәr. Mattis dә özünü elә tox vә sәrbәst
          aparırdı ki, tanımaq olmurdu.  Amma Mattisin şikәst qayığını
          görәndә hәmin oğlan yenә dilini dinc saxlamadı:
             – Deyәsәn, Mattis gölün dibinә baş vurub axı?
             Mattis özünü eşitmәzliyә vurdu. Tükü dә tәrpәnmәdәn qayığını
          açıb yenidәn qızlara tәrәf döndü, bayaq adlarını çәkdiyi hәmin o
          xüsusi sәslә yenidәn:
             – İnger vә Anna, – dedi.
             Qızlar ona baxdılar. Mattis özüylә mübarizә apara-apara
          insanların arasında dayanmışdı.
             – Gәzintiyә görә çox sağ olun! – dedi.
             Hәyatında ilk dәfә hamının qarşısında bu cür qızlara belә
          sözlәr deyirdi.
                                    237
   232   233   234   235   236   237   238   239   240   241   242