Page 238 - Tarey Vesos_Макет 1
P. 238
Tarey Vesos
Gündәn yanmış bu qızlar – İnger vә Anna:
– Sәn sağ ol, Per, – dedilәr. – Biz bu gәzintini heç vaxt
unutmayacağıq.
“Lap ölmәli mәqamdı!” Mattisin fikrindәn keçdi. Amma
dәrhal özünü әlә aldı. Yox, yox, belә olsa, axı bu sevinci yaşaya
bilmәyәcәk.
Hәmin oğlan yenidәn mızıldandı:
– Per? O, Per-zad deyil! Adı Mattisdi!
Elә bil kürәyinә xәncәr soxdular. Amma bu, hәlә dözülәsiydi.
Kaş bu oğlan bütün hәqiqәti açıb ortaya qoymasın: “Әşi, bu ki
Sәrsәm Mattisdi! Burada hamımız ona Sәrsәm deyirik”. İlahi,
bircә bu olmasın!
Mattis saniyәlәri sayırdı.
Yenә xilas oldu. Düşündü ki, әlbәttә, yenә İngerlә Anna ona
dayaq oldu. Bu zaman öz qayıqlarından qalxan bu gәnc, gözәl
qızlar açıq-aşkar onun tәrәfindәydilәr. Sәrt ifadәylә hәmin oğlana
baxıb qürurla:
– Per olmur, Mattis olsun, bizim üçün heç bir fәrqi yoxdu, –
dedilәr vә oğlan dәrsini alıb mumladı.
Qızlar Mattisә tәrәf әllәrini yellәdilәr.
– Bu gözәl günә görә çox sağ ol, Per. Biz dә evә getmәliyik.
Ola bilsin, yenә görüşdük.
Qızlar qayığı döndәrdilәr. Mattisin boğazı qurudu. Amma
hәlә dә başını dik tutub dayanmışdı. Sonra öz qayığının kәndirini
dәmir qarmağa keçirdi. Körpüdә dayanan beş-altı adamdan biri
dә onu sorğu-suala tutmurdu, elә bil nәdәnsә sıxılırdılar. Hәtta
elә bil әzilmişdilәr. Bununla belә, aralarından kimsә dillәndi:
– Ora bax, sәnә әl elәyirlәr.
Mattis dә dәrhal belini dikәldib onlara әl elәdi. Qızların
qayığı get-gedә uzaqlaşırdı. Onlar da pis avar çәkmirdilәr, hәm
dә qayıq indi yüngüllәşmişdi axı.
Nәhayәt, adamların arasından kimsә cürәtә gәlib:
– Görürsәn, Mattis, qızlarla da tanış oldun, – dedi.
İndi Mattis yetәrincә güclü idi:
– Hә, tanış oldum.
Oğlan da hәrәkәtә gәldi:
– Onları yenә qayıqda gәzdirәcәksәn?
238