Page 236 - Tarey Vesos_Макет 1
P. 236
Tarey Vesos
Mattis:
– Maşın hesabdan deyil, – dedi. – Onlar elә şütüyürlәr ki, heç
kim gözlәrinә görünmür.
Az sonra Anna öz müşahidә mәntәqәsindәn elan etdi:
– Sahildә adam var, amma onun üzünün, yoxsa arxasının
bizә tәrәf olduğunu ayırd elәyә bilmirәm.
– Bax, bax, kimsә sәnin dükanından çıxdı, Per, – İnger
davamını gәtirdi. – Bizi lazımi qaydada qarşılayacaqlar.
– Oy, Per, ikisi dә getdi.
Bir mәlumat o birini әvәzlәyirdi. Mattis susmuşdu, bütün
gücünü toparlayıb avar çәkirdi. Nәyin bahasına olursa-olsun,
avarı gözәl çәkmәliydi. Belә bir fürsәt – arxasında işıq saçan iki
qızla birlikdә sahilә çıxmaq hәyatı boyu bir dә әlinә düşmәyәcәkdi.
– Bizi artıq gördülәr! – Anna nida etdi. – Orada dayanmış
oğlan uşaqları bizim qayığa tamaşa edirlәr. Bax indi sәnin kim
olduğunu öyrәnib bilәcәyik.
– Oğlan uşaqları? – Mattis ikrahla sәslәndi. – Bizә mәhz
onlar lazım deyil.
– Budu, bir velosipedçi dә gәlib dayandı.
– Yox, o, dükana tәrәf gedir.
Mattis ciddi şәkildә:
– Belә başa düşürәm, gediş-gәliş artıq başlayır, – dedi.
Çox yorulmuşdu, qolları heydәn düşmüşdü. Belә bir sürәt
onluq deyildi, amma geri çәkilmәyә haqqı yox idi. Bir anlıq
boylanıb sahildә dayanan insanları gördü. Vә yalnız indi bu az
qalmış yolu mәharәtlә keçmәk barәdә düşündü.
Qayığı sürәnin bu dәqiqә qәti özünә oxşamayan Sәrsәm
olduğunu görәndә daha bir neçә adam ayaq saxladı. Belә mәnzәrә
hәr dәfә әlә düşәn deyildi. Günәşin altında parıldayan qayıq
zәfәrlә sahilә yaxınlaşırdı, arxada oturan, gündәn qaralmış iki
qız tәnbәl-tәnbәl sahilә toplaşanlara әl elәyirdi, amma әsas
qәhrәman mәharәtlә avar çәkәn Mattis idi. O, qayığı dәqiqliklә
vә inamla sürәrәk, azca da sәhvә yol vermirdi.
Hәr şey mükәmmәl idi.
236