Page 231 - Tarey Vesos_Макет 1
P. 231
Quşlar
İnger:
– Sәni bu gün bu adada görmәyimiz çox xoş oldu, – dedi.
Mattis intizarla Annaya baxdı.
Anna tutulan kimi oldu:
– Mәnә dә çox xoşdu, – dedi.
Mattis heç nә olmamış kimi:
– Mәnә dә, – dedi.
– İndi isә sәni evinizә aparacağıq!
Qızlar sıçrayıb ayağa qalxanda Mattisin yenidәn gözlәri
qaraldı.
22
Annayla İnger öz qayıqlarını suya itәlәdilәr. Dalğaların
üzәrindә yırğalanan qayıq gözәl görünürdü vә içi boş olduğundan
elә yüngül idi ki, sanki azca da batmadan suyun sәthindә özü
üçün uzanmışdı.
– Әylәş, Per.
Mattis içi suyla dolu qayığını göstәrib:
– Bәs bu, necә olsun? – soruşdu. – Onu da aparmalıyam,
yoxsa daha göldә üzә bilmәrәm.
– Bunu necә edәk?
Mattis nәyi dә olmasa, bunu bilirdi, bu mәsәlәdә özünә tam
әmin idi.
– Başçılığı özüm edәcәm, sizsә dediklәrimә әmәl etmәlisiz.
Bu gün onunla bağlı baş verәnlәrә görә ürәyi minnәtdarlıq
hissiylә doluydu. Qızlara tapşırdı ki, suya girsinlәr. Üçü bir yerdә
qayıqdan yapışıb onu yana әydilәr vә belәcә, suyun bir hissәsini
boşaltdılar. Hәr şeyi Mattisin göstәrişiylә etdilәr vә balaca qayığı
ayağa qaldırdılar. Sonra qızlara qayığı itәlәmәyi tapşırdı, özü isә
kәndiri çәkdi. Qızlar sәs sala-sala qayığı itәlәdilәr vә az sonra
onu, demәk olar, sudan çıxardılar.
Qızlar sәs-küy salmaqdan xoşlanırdılar, sәbәbsiz-filansız
gülüşә-gülüşә öz çanaqlarını gәtirib qayıqda olan bütün suyu
boşaltdılar.
231