Page 229 - Tarey Vesos_Макет 1
P. 229

Quşlar
             Bәlkә, bu çılpaq adada xәbәrdarlıqsız-filansız, öz ayağıyla
          gәlib onu tapan xoşbәxtlik elә budu? Buna görә sәy dә göstәrmәdi
          vә mәlum oldu ki, ağıllı danışmağı bacarırmış.
             Yanında iki qız uzanmışdı vә azca da ondan çәkinib-elәmirdilәr.
          Elә yaxındaydılar ki, әlini uzatsaydı, onlara toxuna bilәrdi. Günәş
          artıq iki hәftәydi, bu qızları yalnız Mattisә görә qızılı rәngә
          boyamışdı.
             Nәsә etmәliydi, nәsә qeyri-adi bir şey. Bunu bütün varlığıyla
          hiss edirdi.
             – İnger vә Anna, – deyib ilk dәfә qızların adlarını çәkdi.
             Sәsindәn vә parıltılı gözlәrindәn boylanan ciddilik qızları
          qalxmağa mәcbur etdi. Maraqla:
             – Nәdi? Sәni eşidirik, – dedilәr.
             Heç vaxt heç kim bu qızların adlarını belә nәvazişlә demәmişdi.
          Ona görә dә qızlar dәrhal itaәtlә Mattisә hay verdilәr: “Nәdi?
          Sәni eşidirik”. Ağlasığmaz vәziyyәt.
             Vә bu vәziyyәtin yiyәsi o idi. Mattis bu cavan qızlara baxdı.
          Sonra suyla dolu qab kimi içini dolduran bu hissi dağıtmamaq
          üçün ehmalca:
             – Heç nә, elә bu, – dedi.
             Hәr şey bu bir kәlmәylә deyilmişdi. Vә qızlar onu anladılar.
          Mattis onlara ürәklәrinin dәrinliyindә hәmişә gözlәdiklәri sözü
          demişdi. Vә bu sәsi çox bәyәnmişdilәr.
             Qızlar da ona baxa-baxa sadәcә:
             – Per, – dedilәr. Mattisin gücsüz-kömәksiz, aciz, zavallı
          siması qәflәtәn onların gözlәrindә dәyişib izaholunmaz dәrәcәdә
          gözәllәşmişdi. Üçü dә hәrәkәtsiz dayanıb-durmuşdu.
             Bu, çox çәkә bilmәzdi.  Vә Mattis dә bunu bilirdi. İçini
          bürüyәn pis hava yavaş-yavaş üzә çıxmağa hazırlaşırdı. Ondan
          xilas olmaq üçün qәtiyyәt tәlәb olunurdu.
             Bu dәfә tamam başqa sәslә:
             – İnger vә Anna, – deyib qızları hәyәcanlandırdı.
             – Nә olub? – Anna tәşvişlә soruşdu.
             Mattis dillәnmәdi.

                                    229
   224   225   226   227   228   229   230   231   232   233   234