Page 224 - Tarey Vesos_Макет 1
P. 224

Tarey Vesos
                – Әvvәl qorxduq, elә bildik, burada gәmi qәzaya düşüb,
            amma yaxınlaşanda tәşvişimiz aradan qalxdı.
                Mattis dözә bilmәyib:
                – Bu, çox xoş qәzadı, – dedi.
                Keçirdiyi xoşbәxtlik hissindәn hәtta canı ağrıyırdı.
                Qızlardan biri:
                – Hәr halda, sәn qәzaya düşmüsәn, – dedi. – Görünür, bat -
            ma maq üçün bu adaya pәnah gәtirmisәn, elәmi?
                Mattis qımışıb ürәkdәn:
                – Bir halda ki siz bura gәlә bilmisiz, qalanları boş şeydi, –
            dedi.
                – Gözәl fikirdi! – qızlar onu tәriflәdilәr.
                Mattis bu sözlәri yaddaşında saxlayacaq. “Gözәl fikirdi” –
            dedilәr. Bәlkә, hәm dә ağıllı fikirdi?
                – Bәs siz mәni әvvәllәr görmüsüz? – soruşdu vә ürәyi ye rin -
            dәn qopdu. Amma özünü bu sualı vermәkdәn heç cür saxlaya
            bilmәzdi. – Deyәk ki, mәsәlәn, yolda, dükanda, ya başqa bir yer -
            dә?
                Onlar başlarını buladılar. Gözәl görüntüydü!
                – Biz axı uzaqdan gәlmişik, burada heç kimi tanımırıq.
                – Mәnim haqqımda da heç nә eşitmәmisiz?
                – Nә eşidә bilәrik ki, biz heç sәnin kim olduğunu da bilmirik.
                Necә dә ağıllıdı. Belәlәri dә olur.
                Mattis baxışlarını uzaqlara zillәsә dә, gözünün bir qırağıyla
            qızları, azca da olsa, görә bilirdi. Onların başlarını necә buladıqlarını
            da gördü: yox, bu qızların heç nәdәn xәbәri yoxdu. Әla.
                – Bunu eşitmәk xoşdu, – dedi, amma bunun hәm dә çox
            gözәl bir şey olduğunu izah etmәk halında deyildi.
                Qızlar zarafatlaşmaq istәdilәr.
                – Nәdi, mәgәr sәndәn pis şeylәr danışırlar?
                Boş şeydi. Qoy şәnlәnsinlәr, onun vecinә dә deyil. Mattisin
            soruşduğu isә başqa mәsәlәydi, indi bu, onun üçün olum, ya
            ölüm qәdәr vacib idi.
                Qızlardan biri maraqlandı:
                – Niyә elә hey suya baxırsan? Orada nә görmüsәn?
                – Heç nә, – dәrhal cavab verdi. – Elә bir şey deyil.
                                       224
   219   220   221   222   223   224   225   226   227   228   229