Page 220 - Tarey Vesos_Макет 1
P. 220
Tarey Vesos
güc olmazdı. İndi isә bu haqda düşünmәyә vaxtı yoxdu, istәdiyi
yalnız sudan ona baxan gözlәrdәn canını qurtarmaq idi.
– Xeqe! – qışqırdı.
Bacısı eşidә bilmәzdi, amma Mattis onu kömәyә çağırmalıydı.
Başına nә iş gәlirdisә, hәmişә kömәyә Xeqeni sәslәyirdi.
Bununla belә, qayıq aramla da olsa, adaya yaxınlaşırdı.
İçindәki su bir az da artmış, yeni deşiklәr әmәlә gәlmişdi. Tilov
yadına da düşmürdü.
Adaya sağ-salamat yetişә bilәcәyini anladığından daha
qışqırmırdı. Az qalıb, az qalıb! Avar çәkir vә sevinirdi. Budur,
nәhayәt, xilas ola bildi – daşlı-çınqıllı ada lap yaxınlıqdaydı.
Qayıq yerә dәyib burnunu sahilә dirәdi. Mattis qayıqdan
düşdü. O qәdәr qorxub yorulmuşdu ki, sahilә çıxan kimi әlini
yerә dayayıb tәrini sildi vә oturdu.
Әgәr mәsәlә bir az da uzansaydı…
Ötüşdü.
Min şükür!
Bu ada sualtı qayaların birindәn әmәlә gәlmişdi, çatlaq
yerlәrindәn quru otlar çıxmışdı. Oturmağa yer dә var idi. Mattis
nәfәsini dәrib, hәtta qayığını da xilas etmәyә çalışdı. İlk әvvәl
qayığın suyunu boşaltmağı qәrara aldı, amma tezliklә bu işdәn әl
çәkdi – suyla dolu qayığı tәkbaşına sahilә çıxarmağı bacarmırdı,
hәm dә, onsuz da, su yenә dolacaqdı. Büsbütün çürümüş bu
qayıq artıq tamam suya oturmuşdu. Düzdü, daha yükü artmırdı,
burada su az idi vә qayıq ayaqlarını yerә möhkәm dayamışdı.
Mattis qayığın kәndirini әlindә tutub sahildә oturmuşdu. Ona elә
ancaq oturmaq qalırdı, kömәk olmadan üzüb buradan uzaqlaşa
bilmәzdi. Kәndiri әlindәn buraxmırdı. Burada qayığı bağlamağa
bir şey yox idi. Düzdü, qayıq yerindә möhkәm dayanmışdı, hava
da sakit idi, amma bununla belә, kәndiri әlindәn buraxmağa
qorxurdu – nә bilmәk olar, bir dә gördün, külәk qalxıb bu zibilә
qalmışı çәkib apardı. Axı onu qorumaq olar – özünә ürәk-dirәk
verib sevinirdi.
Yüngüllәşib yenidәn azca düşüncәlәrә dalmaq necә dә gözәldi.
Yeri gәlmişkәn, bu vәziyyәtdә tәlәsmәmәk dә olar. Günәş yandırır
vә Mattis bundan hәzz alırdı – paltarları düymәsinәcәn islanmışdı.
220