Page 217 - Tarey Vesos_Макет 1
P. 217
Quşlar
Tәzәdәn suyu boşaltmalı oldu. Su çox inadkar idi, onu
boğmaq istәyirdi.
Mәn yaşamaq istәyirәm, boğulmaq istәmirәm!
Kaş indi qarmağa yaxşı bir balıq keçәydi! Onda evә әlidolu
qayıdardı.
Gölün qumlu dibindә zolaqlı kölgәlәr kimi balıqlar gözә
dәyirdi. Mattisin tilovu düz onların üstündәydi. Balıqlar da eynәn
özü kimi donub-qalmışdılar, tәrpәnmirdilәr. Amma ayıq-sayıq
idilәr. Mattis әlini tәrpәdәn kimi qara çalanın harasındasa
gizlәnirdilәr. Yemә yaxın durmurdular. Ağıllıydılar. Nәsә Mattisin
ayağı dәyәn hәr yerdә qarşısına ancaq ağıllılar çıxır.
Üstәlik, Xeqenin dәrdi.
Xeqeyә çәtindi.
Göldә bu haqda düşünmәk istәmәsә dә, belә alındı. Bu gecә
bacısı üçün ağır keçmişdi. Odur ki, sәhәr açılan kimi onu gölә
yollamışdı.
Gecәyarısı oyanıb eşitdiyi sәs nәsә xoşuna gәlmәmişdi. Sәs
Xeqenin otağından gәlirdi. Pәncәsi üstә bacısının qapısına
yaxınlaşıb içәri baxdı. Xeqe üzü divara uzanmışdı. İşığı yandıranda
da tәrpәnmәdi.
Mattisi vicdan әzabı bürüdü – günah ondaydı. Qapının ağzında
dayanıb ehmalca:
– Yenә mәnә görәdi, hә? – soruşdu.
– Yox, sәnlik nә var?
– Bәs onda kimә görә?
– Heç kimә. Özüm dә bilmirәm, mәnә nә olub.
Bacısı ona tәrәf çevrildi – gözlәrindә bir ümidsizlik vardı.
Hәr şey gözlәdiyindәn dә pis idi, heç cür anlaya bilmәdiyi bir
vәziyyәt yaranmışdı.
Xeqe:
– Mәnim daha gücüm çatmır, – dedi. – Mattis, öz otağına
get.
Mattis hәmişәki kimi qara pәrdәyә tuş gәlmişdi. Qәflәtәn
ağlına gәldi ki, Xeqeyә çәtindi: hәr gün mәni yedirir, toxumaqla
evә çörәk gәtirir.
217